CƏMİYYƏT
A- A A+

Dünya şöhrətli alimimizə həsr olunmuş “Su kimi sakit və güclü” kitabı çapdan çıxıb

2019-12-26 14:45:24

.

Rafiq Əliyevi dinləmək sevincdir.

Rafiq Əliyev haqqında yazmaq məsuliyyətdir.

Rafiq Əliyev haqqından kitab tərtib etmək həm məsuliyyətdir, həm də xoşbəxtlikdir.

Rafiq Əliyev haqqında hazırladığım “Su kimi sakit və güclü” kitabı, nəhayət, çap olundu!

* * *

Rafiq Əliyevi başa düşmək, anlamaq üçün yaşadığımız dövr kifayət eləmir. Bu təkcə onun alimliyi ilə bağlı deyil, bu həm də onun baxışına, yanaşmasına, dünya görüşünə görədir. Onun kimi baxmaq, yanaşmaq üçün ya gərək o zamana gedib çatasan, ya da onun kimi düşünə biləsən. Rafiq Əliyevin ucalığı da elə bundadır. O, tanıyanların qəbul etdiyi, hamının görmək və yanında olmaq istədiyi insandır.

Dünyanın elm nəhənglərinin onun haqqında fikirlərini oxuduqca qürur duyursan. Nəinki tərifi, etdiklərini dilə gətirməyə imkan verməyən, bu qədər naliyyətləri ilə “Mən nə etmişəm ki?” de¬yən, böyüklüyü sadəlikdə görən bu səmimi, mehriban insana baxıb insanlığına pərəstiş etməyə bilmirsən.

“Su kimi sakit və güclü” kitabı oxucunun dünya görüşünün formalaşması, zən¬gin¬ləşməsi, mənəvi qidalanması baxımından mühüm rol oynayacaq. Ona həyatda fərqli yanaşmaq üçün yol göstərəcək, baxış bucağını dəyişəcək, bütövlüyə, tamlığa stimul, güc və inam verəcək. Elmilik, həyatilik, qeyri-səlis məntiqdən doğan daha düzgün yanaşma oxucunun düşüncə tərzində yeni çalarların yaranmasında yardımçı olacaq.

Lütfi Zadənin zəkasına, insanlığına, yaradıcılıq qabiliyyətinə, elmin dərinliyinə kimi gedə bilməsinə, həm şifahi, həm də yazılı formada özünü ifadə etməsinə heyrət etdiyi, heyran qal¬dığı Rafiq Əliyev alim olaraq alimliyə, insan olaraq insanlığa, dost olaraq dostluğa, vətəndaş ola¬raq vətəndaşlığa, yoldaşlığa şərəf gətirir.

Dünya alimlərinin, Azərbaycanın seçilmişlərinin onun haqqında fikir və münasibətləri, özü-nün müxtəlif səpkili yazı və müsahibələri, kövrək ehtirafları ilə zəngin olan bu kitab vətən¬daş, alim, ziyalı, ictimaiyyət adamı olan Rafiq Əliyevin fikir və düşüncələrini öyrənmək, onunla tanış olmaq istəyənlər üçün bir mənbə, vasitə, körpü olacağı düşüncəsindəyəm.

Rafiq müəllimə tez-tez “Amerikada, Avropada yaşasaydınız daha çox şeylər qazanar¬dınız”, – deyirlər. Bu həqiqətdir. İndi isə daha çox qazanan canınızdan çox sevdiyiniz, ayrılmaq istəmədiyiniz, şərəf gətirdiyiniz, bəxti gətirən Azərbaycan oldu, Rafiq müəllim.

“Mənəvi meyarları ranqlaşdırmış olsaydım, birinci yerdə namus və ədaləti qoyardım” –deyərək, həqiqi elmi onlarsız təsəvvür etməyən Rafiq Əliyevdə mənəviyyat, insanlıq, elmilik o qədər sıx və bütöv ki, onları biri-birindən ayırmaqda, hansı birinəsə üstünlük verməkdə tərəd¬düd edirsən.

Rafiq Əliyev Azərbaycandan kənarda çap olunmuş kitab və indeksli jurnallarda, aldığı adlarda müəllif adının yanında Azərbaycanın adını görəndə, Azərbaycan insanının uğurunu eşidəndə qürur hissi keçirir. Onun ən ümdə istəyi elmi uğurlarının zirvəsini və doğma Qarabağda – elində, yurdunda qalan sevincini təzədən yaşamaqdır.

Böyük Alimi, Böyük İnsanı, Azərbaycan sevdalı Vətəndaşı hamının sevimlisi edən də elə budur.

“Su kimi güzlü və sakit” kitabı Rafiq Əliyevin ömür yoludur. Ömür yoluna sözlə səyahətdir. Çətinlikləri gizli saxlanılan, uğurlarının parıltısı bərq vuran, həyatı elmsiz təsəvvür olunmayan insanın zirvəyə uzanan elm yoludur.

Böyük insanlar haqqında kitab yazmaq, hazırlamaq çox çətindir. O ki, qaldı Rafiq Əliyev haqqında ola…

Söz deyiləndi.

Yazı oxunandı.

Kitab isə bizdən sonra da qalandı…

Rəfail Tağızadə

Kitabdakı “Ön söz” dən

P.S Kitabı tərtib edən və redaktoru şair Rəfail Tağızadədir.

bizimyol.info


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 210

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...