SOSİAL
A- A A+

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində növbəti yaşayış binası istifadəyə verilib

2019-12-26 10:15:11

.

Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin aviabazasının ərazisində yerləşən növbəti yaşayış binası hərbi qulluqçuların istifadəsinə verilib.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov nazirliyin rəhbərliyi adından mərasim iştirakçılarını təbrik edib.

Nazir müavini bildirib ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər onların daimi və xidməti mənzillə mütəmadi təmin olunması dövlətimizin başçısının ordumuza göstərdiyi qayğının bariz nümunəsidir.

Tədbir zamanı məlumat verilib ki, beşmərtəbəli bina 70 tam təmirli mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.

Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahətini təmin etmək məqsədilə bütün lazımi şəraitin yaradıldığı bina üçün yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx, qonaq, uşaq və yataq mebelləri və istilik sistemi ilə təmin edilib. Əraziyə asfalt döşənib, 100 kubluq su çəni qoyulub və yaşıllaşdırma işləri həyata keçirilib.

Mənzillərin təqdim edildiyi hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant R.Tahirov burada yaradılan şəraitlə tanış olub və hərbçilərin ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 202

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...