İQTİSADİ
A- A A+

2019-cu il ölkəmiz üçün əlamətdar olub, bütün sahələrdə ciddi nailiyyətlər qazanılıb - Sahibə Qafarova

2019-12-26 09:05:52

.

2019-cu il ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olub, bütün sahələrdə ciddi nailiyyətlər qazanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin qüdrətinin daha da artmasını təmin edib.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, cari ildə xarici siyasət sahəsində də çox mühüm uğurlar əldə olunub. Onun sözlərinə görə, bu il ölkəmizə həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ikitərəfli formatda Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib ki, bu, çox mühüm göstəricidir. Bu fakt həm Azərbaycanın xarici siyasət kursunun səmərəliliyini, həm də ölkəmizin yüksək beynəlxalq nüfuzunu göstərir.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində cari ilin xarici siyasət sahəsində kifayət qədər uğurlar olduğunu vurğulayaraq qeyd edib ki, 2019-cu ildə bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıb, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Azərbaycanda çox çevik, düşünülmüş xarici siyasət həyata keçirildiyini bildirən dövlətimizin başçısı xüsusi olaraq bəyan etdi ki, xarici siyasətlə bağlı bütün məsələlər və nəticələr yüksək qiymətə layiqdir.

Millət vəkili əlavə edib ki, Azərbaycanın 2019-cu ildə də mühüm beynəlxalq tədbirlərə, mötəbər görüşlərə ev sahibliyi etməsi müstəsna əhəmiyyətə malikdir: "Bilirsiniz ki, sabitlik adası olan ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Eyni zamanda, Azərbaycan praqmatik, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan xarici siyasət həyata keçirir, dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycana rəğbət daim artır, prestijli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar qərarlar qəbul olunur. Azərbaycan dünyada mədəniyyətlərə və sivilizasiyalar arasında dialoq prosesinə çox mühüm töfhələr verən, ciddi təşəbbüslərin müəllifi kimi böyük nüfuz qazanan bir dövlətdir. Cari ildə paytaxtımız bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü, Qoşulmama Hərəkatının Zirvə Görüşü və digər mühüm tədbirlər bu kontekstdə xüsusi qeyd edilməlidir. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün paytaxtımızda keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisə olmaqla bir daha Azərbaycanın dünyada güclənən mövqelərini və nüfuzunu ifadə edir. Azərbaycan üç il ərzində bu təşkilata sədrlik edəcək. Bu, BMT-dən sonra dünyada ən böyük ikinci təşkilatdır. Azərbaycan bu təşkilatda fəal rol oynamaqla, həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töhfələr verir, həm də özünün xarici siyasətdəki maraq və mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır".

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyini davam etdirdiyini deyən S.Qafarova vurğulayıb ki, Azərbaycan bu münaqişənin həllində özünün ədalətli mövqeyini davam etdirir: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial mövqe sərgiləyir, bizim mövqeyimiz qəti – konkret və birmənalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi həqiqət də bizim tərəfimizdədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Ermənistan isə münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe sərgiləyir, danışıqlar prosesini pozmağa çalışır. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir və Ermənistanın işğalçı mahiyyətini aşkar surətdə əks etdirir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın danışıqlar mövqeyində heç bir dəyişiklik yoxdur, ola da bilməz".


Kateqoriya : İQTİSADİ Baxış sayı : 358

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...