SOSİAL
A- A A+

ABŞ-da Azərbaycanın mətbəx mədəniyyəti təqdim olunub

2019-12-24 08:05:06

.

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan mətbəxinə həsr olunmuş geniş tədbir keçirilib.

Tədbir Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə dəstəyi ilə reallaşıb.

Tədbirdə 200-ə yaxın qonaq, o cümlədən müxtəlif xarici ölkələrin baş və fəxri konsulları, siyasi xadimlər, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icması fəalları, həmçinin dost türk, yəhudi, Pakistan, İran, Koreya Respublikası, Vyetnam və digər icmaların rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Bütün qonaqları salamlayan Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) Nəsimi Ağayev bu mədəniyyət tədbirində hər kəsi görməkdən məmnun olduğunu bildirib. Baş konsul bu il UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinin qeyd olunduğunu söyləyib. N.Ağayev Azərbaycan mətbəxinin zənginliyi və çoxşeşidliyinin ölkəmizin əsrarəngiz təbiətindən, flora və faunasının müxtəlifliyindən qaynaqlandığını vurğulayıb. O, Azərbaycanda dolmanın bişirilmə ənənələrinin qədim tarixə malik olduğunu və bu ənənələrin həmrəylik, hörmət və qonaqpərvərliyi özündə ehtiva etdiyini diqqətə çatdırıb. Baş konsul 2017-ci ildə Azərbaycan dolmasının bişirilməsi və paylaşılması ənənəsinin UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edildiyini qeyd edib. N.Ağayev bunun və ölkəmizin digər qeyri-maddi mədəni irs nümunələrinin həmin siyahıya daxil edilməsinin Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin və məqsədyönlü fəaliyyəti sayəsində nail olunduğunu vurğulayıb.

Sonra çıxış edən Kaliforniyanın Örvayn Şəhər Şurasının üzvü Fərəh Xan bu ilin yazında ölkəmizə səfər edərək Azərbaycan haqda ən xoş təəssüratlarla geri döndüyünü, səfər zamanı Azərbaycan mətbəxinə heyran qaldığını və mətbəximizdə ən çox sevdiyi yeməyin məhz dolma olduğunu diqqətə çatdırıb.

Sonra Kaliforniyanın San Dieqo şəhərində fəaliyyət göstərən “Cafe 21” Azərbaycan restoranının sahibi İmran Cavadov ölkəmizdə dolmanın bişirilmə ənənələri və mətbəximizin müxtəlif dolma növlərindən bəhs edən təqdimatla çıxış edib.

Tədbir Azərbaycan musiqisindən nümunələr, eləcə də rəqs ustası Ləman Musayevanın ifasında Azərbaycan rəqslərinin ifası ilə davam edib. Tədbir iştirakçıların gurultulu alqışları ilə qarşılanıb.

Qonaqlar “Cafe 21” restoranı tərəfindən hazırlanmış Azərbaycan mətbəxinin müxtəlif ləziz təamları, o cümlədən müxtəlif dolma çeşidləri ilə tanış olublar.


Kateqoriya : SOSİAL Baxış sayı : 175

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...