MƏDƏNİ
A- A A+

Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib

2015-11-05 09:25:08

Rusiya prezidenti Vladimir Putin“Puşkin” medalını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim edib

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 4 noyabr Milli Birlik Günü münasibətilə Kremldə keçirilən təntənəli qəbulda Rusiya prezidenti dövlət mükafatlarını təqdim edib.

Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb. Rusiya prezidenti bu barədə oktyabrın 20-də fərman imzalayıb.

"Mənim üçün Rusiyanın dövlət mükafatını, "Puşkin" medalını almaq böyük fəxrdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə 4 noyabr Milli Birlik Gününə həsr olunan təntənəli qəbulda Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva deyib.

Rusiya prezidentini Milli Birlik Günü münasibəti ilə təbrik edən L. Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib: "Azərbaycan xalqının böyük rus mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə hörmət simvolu kimi dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin abidəsi Bakının mərkəzində ucaldılıb".

Rusiya Azərbaycan münasibətlərinin dərin tarixi köklərə malik olduğunu söyləyən L. Əliyeva bu münasibətlərin uğurla inkişaf etdiyini bildirib: "Humanitar sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda rus dilində təhsil qorunub saxlanılıb. 300-dən çox məktəbdə rus dili tədris olunur. Bakı Slavyan Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir. Bir qədər əvvəl isə Seçenov adına Birinci Moskva Tibb Universitetinin filialı açılıb”.

L. Əliyeva qeyd edib ki, Azərbaycan xalqı Rusiya ilə mədəni-humanitar sahədəki əlaqələrə yüksək qiymət verir. “Mən ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq əlaqələrinə öz töhfəmi verdiyimə görə çox şadam. Bir daha Vladimir Vladimiroviç Putinə bu ali mükafata görə təşəkkürümü bildirirəm. Sizdən bu mükafatı almaq mənim üçün ço


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1286

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...