İQTİSADİ
A- A A+

ADRA-nın keçirdiyi təlimlərə yekun vuruldu

2019-12-23 09:00:54

.

ADRA-nın regional idarələrdə həyata keçirdiyi təlimlərə yekun vurulub.

Lənkəran şəhərindən start götürən təlimlər Agentliyin Bakı Şəhəri Reklam İdarəsində yekunlaşıb. Əsasən, qanunvericiliyə edilən dəyişikliklərlə bağlı keçirilən toplantılar Agentliyin bütün Regional İdarələrini əhatə edib.

Məqsəd ADRA-nın fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklərin və qüvvədəki qanunvericilik aktlarının tələblərinin Agentliyin ərazi reklam idarələrində çalışan əməkdaşlarına ötürülməsi, onlarla yanaşı sahibkarlar da daxil olmaqla ictimaiyyətin maarifləndirilməsi olub. Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, Müraciətlərin qəbulu sektorunun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə bu dəfə Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşlarını məlumatlandırıblar.

Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Quba, Şəki, Bərdə, Şirvan Regional İdarə əməkdaşları üçün keçirilən tədbirlər Agentliyin Regional İdarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışmasıni təmin etmək, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması kimi vacib mövzuları əhatə edib. Əməkdaşlar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar. Agentliyin regionlarla daha sıx və əlaqəli fəaliyyətini təmin etmək üçün gələcəkdə bu tip təlimlərin davam etdirilməsi nəzərədə tutulur.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 267

QHT və MEDİA

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

2020-07-10 08:20:42

QHT və MEDİA
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...

Azərbaycan ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...