MƏDƏNİ
A- A A+

Gürcüstanda Nəsiminin 650 illik yubileyi qeyd olunub

2019-12-23 08:55:29

.

Azərbaycanın Gürcüstandakı səfirliyində dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin, eləcə də səfirliyin məsul əməkdaşları, paytaxt Tbilisi ilə yanaşı, Rustavi və Marneuli şəhərlərindən, Qardabani, Bolnisi, Kaspi rayonlarından gəlmiş elm, təhsil, mədəniyyət xadimləri, ziyalılar, tələbələr iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında böyük şairin yaradıcılığından danışıb, onun təkcə Azərbaycan xalqının deyil, Şərq xalqlarının da yaddaşında yaşadığını bildirib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Nəsimi yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirildiyini vurğulayan səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və şairin 650 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamlarını diqqətə çatdırıb. O, dövlətimizin başçısının bu sərəncamlarının Nəsiminin yaradıcılığına böyük hörmət və ehtiramın, yüksək qiymətin bariz nümunəsi olduğunu deyib. Bildirib ki, “Nəsimi ili” çərçivəsində təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də silsilə tədbirlər keçirilib. Diplomat böyük ədibin yaradıcılığına Azərbaycanda dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, “Nəsimi ili” çərçivəsində ölkədə keçirilən müxtəlif genişmiqyaslı tədbirlərdən də söz açıb, bu tədbirlərin xalqımız tərəfindən çox yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Sonra İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Məndə sığar iki cahan” adlı videoçarx nümayiş etdirilib.

Daha sonra professor Mahmud Hacıxəlilov Nəsiminin həyat və yaradıcılığının müxtəlif dövrləri barədə məruzə ilə çıxış edib. Bildirib ki, Nəsimi Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük mütəfəkkirdir. O, əbədiyaşar, ölməzdir.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, yazıçı-publisist Əli Abbas, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə, Akif Xansultanlı, AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və başqaları çıxış edərək böyük şairin yaradıcılığı, ictimai fikir tarixində rolu barədə fikirlərini bölüşüblər.

X.Əzizov “Nəsimi ili” çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü dahi şairin xatirəsinə ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Bu humanitar təşəbbüs dünyanın diqqətini Azərbaycana, Nəsimi irsinə cəlb etməklə, Azərbaycan mədəniyyətini, mənəviyyatını və dəyərlərini təbliğ edir.

Bu aksiya, eyni zamanda, ekoloji mühitin sağlamlaşdırılmasına dəyərli töhfədir. Nəsimi söz və poeziya aləmində təkrarolunmaz bir simadır. Azərbaycanda onun adı ilə bağlı keçirilən ekoloji aksiya da bənzərsiz və dünya əhəmiyyətlidir.

Tədbir çərçivəsində “Nəsimi” filmindən fraqmentlər təqdim olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 206

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...