QHT və MEDİA
A- A A+

Nyu-Yorkda Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi qeyd edilib

2019-12-21 10:50:58

.

Nyu-Yorkda, BMT-nin iqamətgahında iki əlamətdar hadisəyə - Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə və qarşıdan gələn üç ildə, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.

Təntənəli bayram tədbirinin keçirildiyi salona çoxsaylı qonaqlar toplaşıblar. BMT Baş katibinin müavinləri, Birləşmiş Millətlər Təşkilatı Katibliyinin və BMT sisteminin yüksəkvəzifəli əməkdaşları, qurumun üzvü olan dövlətlərin səfirləri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan diplomatlarının dostları və həmkarları qonaqlar arasında olublar.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı, səfir Yaşar Əliyev qonaqlara təbrik nitqində Azərbaycanın diplomatik xidmət orqanlarının inkişafının əsas mərhələlərini göstərib, bu ilin oktyabrında Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XVIII Konfransının uğurla keçirildiyini qeyd edib, Azərbaycanın BMT ideallarına və müxtəlif sferalarda çoxtərəfli əməkdaşlığın prinsiplərinə sadiq olduğunu vurğulayıb. O deyib: “Azərbaycan sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafın əldə olunması, mədəniyyətlərarası və dinlərarası dialoqun irəlilədilməsi və dərinləşdirilməsi üçün ardıcıl səylər göstərir”.

Qonaqlar təntənə və bayram əhval-ruhiyyəsi yaradan səmimi və mehriban qəbulu, ənənəvi Azərbaycan qonaqpərvərliyini və milli mətbəximizin ləziz təamlarını layiqincə qiymətləndiriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 236

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...