SİYASƏT
A- A A+

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb

2019-12-20 09:05:30

.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıb və birgə maraq doğuran sahələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı, həmçinin Azərbaycanla Aİ arasında yeni Saziş mətninin razılaşdırılması üzrə aparılan danışıqların cari vəziyyəti müzakirə edilib.

Jan-Kristof Belliard Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini və buna böyük əhəmiyyətin verildiyini söyləyib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 184

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...