TƏDQİQATLAR
A- A A+

Azərbaycan xalçaları xarici muzeydə

2015-11-05 09:05:11

Fransanın məşhur Luvr muzeyinin İslam Departamentinin direktoru xanım Yannik Linzi Azərbaycan Xalça Muzeyində olub

Muzeydən AZƏRTAC-a bildirilib ki, Yannik Linzinin muzeyə gəlişinin əsas məqsədi Luvr muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir. Sərgidə Luvr və Xalça muzeylərinin kolleksiyalarından olan Azərbaycan xalçaları sərgilənəcək. Böyük sənət məbədində Azərbaycan xalçalarına həsr olunan sərginin təşkili xalqımız və onun mədəniyyəti üçün yüksək göstəricidir.

Sərginin keçirilməsi Azərbaycan xalçalarının tam, hərtərəfli öyrənilməsinə, tədqiq və təbliğ edilməsinə imkanlar yaradacaq və dünya ictimaiyyətinin diqqətini bir daha qədim, dəyərli xalça sənətimizə, dünya muzeylərində, şəxsi kolleksiyalarda olan xalçalarımıza yönəldəcək.

Qeyd edək ki, dünya muzeylərində, o cümlədən Fransanın Luvr və digər muzeylərində Azərbaycanın tarixi, nadir xalçaları saxlanılır. Ən qiymətli, nadir nüsxəli xalçalarımız Luvr muzeyində saxlanılır ki, onların da sayı 50–yə yaxındır. Azərbaycan Xalça Muzeyinin yeni binasının görünüşü, ekspozisiya zallarının geniş və qeyri-adi interyeri, bədii tərtibatı, xalçaların mərhələli təqdimatı, adət-ənənələrimizlə xalçanın vəhdəti, o cümlədən muzeydən həm dənizə, həm də Alov qüllələrinə açılan mənzərə qonaqda xoş təəssürat oyadıb. Görüşün sonunda xanım Yannik Linziyə Azərbaycan Xalça Muzeyinin Röya Tağıyevanın fransız dilində nəşr olunmuş “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” adlı kitabı hədiyyə olunub.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 875

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...