CƏMİYYƏT
A- A A+

Münaqişənin həlli üçün sehirli çubuğa ehtiyac varmı?

2019-12-16 18:05:19

.

“İnsanlar hələ də münaqişələrdən əziyyət çəkirlər, həyatlarını itirirlər. Bütün səmimiyyətimlə deyirəm ki, fəaliyyət müddəti başa çatan sədr kimi mənim münaqişələri həll etmək üçün sehirli çubuğum yoxdur”. Bu fikirləri Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

Doğurdanmı münaqişənin həlli üçün sehirli çubuğa ehtiyac var? Azərbaycan xalq nağıllarnda sehirli çubuq, sehirli xalça ifadələrinə tez-tez rast gəlmək mümkün idi. Ancaq indi heç azyaşlılar da nağıla və nağıl qəhrəmanlarına inanmırlar. Əslində münaqişələrin həllini nağılvarı istiqamətə yönəltmək, insanları öz həyatlarından usandırmaq, dinc sakinlərin kütləvi təlafatına bais olmaq çox düşünülmüş ssenarilərin tərkib hissəsidir.

Dünyanın hər hansı məkanında baş verməsindən asılı olmayaraq, əgər ədalətli, prinsipial bir yanaşma olarsa münaqişə dərhal həllini tapır. Yox imitasiya xarakterli yanaşma olarsa, o münaqişə illərlə davam edəcək. Bunu Dağlıq Qarabağ məsələsinə yanaşmada görürük. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona turist səfərləri, səslənən bəyanatlar, mövcud münaqişənin aqibəti göz qabağındadır.

Bu gün həm ABŞ, Rusiya, həm də digər Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız sülh yolu ilə mümkün olduğunu bildirirlər. Hətta bəzən barmaq silkələyərək bildirirlər ki, başqa variant yoxdur. Bu sülh göyərçinləri 30 ildir münaqişədən əziyyət çəkən insanların taleyini deyil, öz strateji maraqlarını düşünməsi heç kimə sirr deyil.

Bir neçə ay öncə sülh göyərçinlərinin daha bir sarsaq təklifi olmuşdu. Bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana təklif etmişdilər ki, gedin əhalinizi sülhə hazırlayın. Vasitəçi ölkələrin, bəzi beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlar kontekstindən yanaşması onu deməyə əsas verir ki, belə çağrışların arxasında ədalətli sülh istəyindən daha çox məkrli planlar, geostrateji maraqlar dayanıb.

Bu gün Qarabağ münaqişənin həllində vasitəçilik edən dövlətlərin ən böyük səhvi bilirsiniz nədir? İstər ATƏT-in Minsk qrupunun həmsədrləri olsun, istərsə də digər dövlətlərin rəsmiləri Dağlıq Qarabağ münaqişəsi haqqında yetərincə məlumatları olmasına baxmayaraq, onlar bir dəfə də olsun həqiqəti etiraf edib Ermənistanı işğalçı kimi tanımayıblar. Həmin vasitəçilər Ermənistandan kəskin şəkildə tələb edib bildirmirlər ki, işğal etdiyin Azərbaycan torpaqlarını dərhal tərk et. Belə ədalətli yanaşma olmadığına görə Ermənistan xeyli arxayınlaşır. Belə arxayınçılıq, cəzasızlıq münaqişənin ömrünü uzadır.

Əslində problemin ədalətli həlli üçün işğalçının cəzalandırılması vacib elementdir. Bir çox vasitəçilər, diplomatlar kimi Rusiyanın Xarici İşlər naziri S. Lavrov Ermənistana gedir bir yayğın, Azərbaycana səfər edir başqa bir formada yayğın bəyanat səsləndirir. Lavrovun hər iki bəyanatına diqqət yetirsək görərik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin belə yanaşmalarla həlli yaxın zamanlarda mümkün deyil.

Yalnız Türkiyə, Pakistan və bir neçə ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli münasibət sərgiləyib. Həmin dövlətlər işğalçılıq siyasətinə görə, hətta iqtisadi maraqlarından vaz keçərək Ermənistanla diplomatik əlaqələr bu vaxta qədər qurmayıblar. Təcavazkara qarşı belə addımın atılması ədalətli sülhün, sabitliyin yaradılmasında digər ölkələr üçün örnək olmalıdır.

Müşahidələrə əsasən onu demək olar ki, sülh göyərçinlərinin Qarabağla bağlı mülahizələrinə, nağılvari tezislərinə inanmaq olmaz. Azərbaycan yalnız öz gücünə inanmalıdır. Dağlıq Qarabağda, işğal olunan digər ərazilərdə silahlı erməni heç zaman özünü rahat hiss etməməlidir. Ora gələn erməni dərk etməlidir ki, onun oradan yalnız meyidi çıxacaq. Erməni əgər analarına açıq çağrışlar olmalıdır. Onlar Qarabağa gələn hər hansı silahlı ermənini nə gözlədiyini anlamalıdırlar.

Yekunda onu da qeyd etmək istərdim ki, dünyanın bəzi siyasi dairələrinin barmaq silkələməsinə, hədələrinə baxmayaraq Azərbaycanın öz hərbi və iqtisadi gücünə güvənərək Qarabağda və işğal olunan digər ərazilərdə mövcud olan qeyri-qanuni silahlı birləşmələrə qarşı antiterror həyata keçirmək hüququ beynəlxalq sənədlərdə təsbit olunub. Necə ki, vaxtılə Rusiya və digər ölkələr mütəmadi olaraq öz ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı belə antiterror siyasəti həyata keçiriblər. Qanunsuz silahlılıları zərərsisləşdiriblər.

Əkrəm Bəydəmirli


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1050

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...