QHT və MEDİA
A- A A+

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad olunub

2019-12-16 09:05:13

.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Milli Qəhrəman Albert Aqarunovun 50 illiyinə həsr olunmuş "Bizim Albert" adlı tədbir keçirilib.

Trend məlumatına görə, tədbirin təşkilatçıları rəqs kollektivlərinin rəhbərləri, Milli Qəhrəmanın döyüş yoldaşları onun abidəsini ziyarət edib, özünə əklil qoyublar.

Mərkəzi İncəsənət Məktəbində davam edən tədbir Qarabağ döyüşlərindən fraqmentləri əks etdirən videoçarxın izlənilməsilə başlayıb.

Veteran tankçılar birliyinin sədri, Milli Qəhrəmanın dostu Hacı Əzimov təşkilatçılara veteranlar adından təşəkkürünü bildirib. O dövrün döyüşlərini xatırlayan H.Əzimov bildirib ki, Albert yəhudi xalqının uğurlu rəqəmi sayılan 33 nömrəli tankın komandiri olub. Qeyd edib ki, Milli Qəhrəmanın xatirəsini əziz tutmaq üçün onun tankı hazırda muzeydə qorunub saxlanılır.

Milli Qəhrəmanın dostları Mədəniyyət Nazirliyinin elm və tədqiqat sektorunun müdiri Vüqar Baxışov və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli onunla bağlı xatirələrini danışıb, Albertin gənclər üçün bir örnək oluğunu bildiriblər. Qeyd ediblər ki, gənclərimiz Çingiz Mustafayev, Mübariz İbrahimov və Albert Aqarunov kimi qəhrəman olmalıdırlar.

Vurğulanıb ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 nömrəli məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert orduda tank komandiri olub. Dağlıq Qarabağ müharibəsi başlayarkən A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.

O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələn Albert döyüş meydanında şəhid olub.

Azərbaycan Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Tədbirin bədii hissəsində Xəzər Universiteti, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi və F. Əmirov adına 6 nömrəli on bir illik İncəsənət Məktəbinin rəqs qrupları çıxış ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 153

QHT və MEDİA

2020-01-26 00:15:42

QHT və MEDİA
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...

“Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün ge...

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...