SİYASƏT
A- A A+

Vaşinqtonda da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

2019-12-13 08:15:37

.

ABŞ paytaxtı Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində təşkil olunmuş anım günündə yerli ictimaiyyət nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz, səfirliyin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında əvəzedilməz rolu və misilsiz xidmətlərindən söhbət açıb. O, Heydər Əliyevin şəxsi fədakarlığı, uzaqgörənliyi, qətiyyəti, müdrikliyi və xüsusi bacarıqları sayəsində ölkəmizi inkişaf yoluna gətirdiyini xatırladıb.

Diplomatik sahədə Ümummilli Liderin çoxsaylı uğurlarından danışan səfir onun şəxsiyyətinin çapı və müdrikliyi sayəsində Azərbaycan liderinin digər dünya liderləri ilə bərabər səviyyəli tərəf müqabilləri kimi işbirliyi gördüyünü və bunun da Azərbaycanın dünyada mövqeyinin güclənməsinə səbəb olduğunu bildirib. Səfir Heydər Əliyevin ABŞ-a səfərlərini və keçirtdiyi yüksək səviyyəli görüşlərini xatırladıb. Daha sonra tədbirə qatılan qonaqlar dahi şəxsiyyət barəsində fikirlərini bölüşüblər.

Həmçinin, anım günü çərçivəsində səfirlik tərəfindən ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Bu münasibətlə təşkil edilmiş mərasimdə Qida Bankının Hökumətlə Əlaqələr üzrə direktoru Nensi Smit və bankın nümayəndəsi Ney Kinnel Azərbaycanın ABŞ-dakı Səfirliyinə gələrək ümummilli lider Heydər Əliyevin büstü qarşısında gül çələngi qoyub. Daha sonra keçirilmiş görüş zamanı Nensi Smit Azərbaycanın Ümummilli Liderin anım günü ilə bağlı ölkəmizin Merilend Qida Bankına yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. Xatırladaq ki, 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsulları paylayır. Azərbaycan tərəfindən edilən töhfə nəticəsində qarşıdan gələn milad və yeni il bayramları ərəfəsində minlərlə ehtiyacı olan insanın yeməklə təmin olunacaq.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 225

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...