SOSİAL
A- A A+

Mariya Orlik: Heydər Əliyevin hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı

2019-12-12 09:40:34

.

Heydər Əliyev həm böyük siyasi xadim, həm də sadə insan idi. Onun hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna siyasətinin canlı əfsanəsi, keçmiş SSRİ-nin deputatı, Ukrayna Nazirlər Kabinetinin sabiq sədr müavini Mariya Orlik söyləyib.

Ulu Öndərlə ilk dəfə 30 il əvvəl görüşdüyünü deyən M.Orlik bildirib: “Heydər Əliyevlə sonuncu görüşümüz GUAM ölkələri qadınlarının Bakıda keçirilən birinci forumunda oldu. Hər görüşümüzdə Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti və cəsarətinə, geniş dünyagörüşünə heyran olurdum. Belə lider hər xalqa qismət olmur. Heydər Əliyev təkcə Azərbaycan üçün yox, eyni zamanda, sovet ölkələri üçün də böyük işlər görüb. Heydər Əliyev tək Azərbaycan xalqının deyil, ümumilikdə, bəşəriyyətin tarixində böyük rol oynamış şəxsiyyətdir”.

O qeyd edib ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabinetində yüksək vəzifədə işləyərkən Ukrayna xalqının maraqlarına cavab verən bir sıra qərarlar verib. “Səhhətimlə bağlı ölkənizə gedə bilməsəm də bilirəm ki, Prezident İlham Əliyev Heydər Əliyevin uğurlu siyasi kursunu davam etdirməklə Azərbaycanın qüdrətini daha da artırır. Bu, məni çox sevindirir”, - deyə M.Orlik vurğulayıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 189

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...