QHT və MEDİA
A- A A+

Şura Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbir keçirib

2019-12-10 21:10:55

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbir keçirib. Tədbirdə Şuranın maliyyə yardımı ilə "Obyektiv" Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin hazırladığı "Ölüm hökmü-ömürlük cəza" sənədli filmi ictimaiyyətə təqdim edilib

Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı humanist siyasətdən, Ulu Öndər Heydər Əliyevin ölüm cəzasını ləğv etməsindən bəhs edən filmin Beynəlxalq insan hüquqları günündə təqdimatının keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib.

"Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mübariz Əsgərov filmin hazırlanması zərurətindən, ölüm hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan danışıb. M.Əsgərov filmdə ölüm hökmü alanların və bu hökmü yerinə yetirənin həyəcanlı müsahibələrinə geniş yer verildiyini qeyd edib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyeva insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin ən ali məqsədlərindən olduğunu deyib. Səbinə Əliyeva bildirib ki, 1998-ci il fevralın 10-da müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ölüm hökmünü ləğv etməsi insan hüquqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ombudsman insan hüquqlarının qorunmasının bu gün də dövlətimiz üçün prioritet olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisinin deputatı Azay Quliyev çıxışında müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətdən bəhs edib. Azay Quliyev Heydər Əliyevin mükəmməl dövlətçilik konsepsiyası sayəsində ölkəmizdə hüquqi dövlətin qurulduğunu, vətəndaş cəmiyyətinin bərqərar olduğunu, söz, mətbuat, vicdan azadlıqlarının təmin olunduğunu vurğulayıb. Şura sədri Azərbaycanın Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olmasını beynəlxalq platformalarda hər zaman iftixarla xatırladıqlarını deyib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 330

QHT və MEDİA

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

2020-05-26 17:15:57

QHT və MEDİA
Rusiya portalı: Paşinyan hitlerçi babası...
Rusiya portalı: Paşinyan hitlerçi babası...

Mayın 8-də, Qələbə Günü ərəfəsində Ermənistan hökumətinin rəhbəri Nikol Paşin...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...