MƏDƏNİ
A- A A+

“Azərbaycanın elm məbədi” sənədli filminin çəkilişləri başa çatıb

2015-11-03 09:25:46

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə ali akademik qurumun 70 illik inkişaf yoluna həsr edilmiş “Azərbaycanın elm məbədi” adlı sənədli film hazırlanır

Bununla əlaqədar ssenari mətni yazılıb müzakirə olunduqdan sonra Foto-Kino Sənədləri Arxivində, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, akademiyanın Əlyazmalar İnstitutunun, televiziya şirkətlərinin arxivlərində axtarışlar aparılıb, nadir lentlər və fotolar əldə olunub. AMEA-nın ölkəmizin paytaxtında fəaliyyət göstərən elmi-tədqiqat institutlarında və regionlarda yerləşən Naxçıvan Bölməsində, Şəki Elmi Mərkəzində, Şamaxı Astrofizika Rəsədxanasında müvafiq çəkilişlər aparılıb. Yaradıcı heyət Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Sankt-Peterburq Bölməsinin rəhbəri, Nobel mükafatı laureatı Jores Alfyorovdan, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, akademik Boris Patondan, digər görkəmli elm xadimlərindən və gənc alimlərdən müsahibələr alıb. “Salnamə” studiyasında çəkilmiş filmin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ssenari müəllifi və yaradıcı heyətin rəhbəri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Həmçinin işçi qrupuna AMEA-nın bir neçə əməkdaşı və “Salnamə” studiyasının işçiləri daxildir. Filmin musiqi tərtibatçısı isə gənc bəstəkar Azər Əsgərovdur.  “Azərbaycanın elm məbədi” adlı filmdə Milli Elmlər Akademiyasının ayrı-ayrı tarixi inkişaf mərhələlərində akademiyaya dövlət qayğısından, görkəmli simalarının xidmətlərindən, Azərbaycan cəmiyyətindəki yeri və mövqeyindən geniş bəhs olunur. Artıq filmi üzərində yaradıcılıq və montaj işləri başa çatdırılıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 935

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...