SOSİAL
A- A A+

Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib

2019-12-10 10:00:23

.

Avronest Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən VIII sessiyasında və qurumun komitə iclaslarında Ermənistan nümayəndə heyəti təxribata əl atıb.

Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin AZƏRTAC-a verdiyi məlumata görə, iqtisadi komitənin iclasında ölkəmizin iqtisadi inkişafı, həyata keçirdiyi regional layihələr, Cənub Qaz Dəhlizi ilə bağlı məlumat verilərkən, erməni deputatlar çıxışlara mane olmağa cəhd göstəriblər. Eyni zamanda, komitədə gündəliyə Cənub Qaz Dəhlizi ilə bağlı məsələnin salınmasının qarşısını almağa çalışıblar.

Amma Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Tahir Mirkişili ermənilərin bütün cəhdlərinin qarşısını alıb və məsələ gündəliyə daxil edilib.

Bundan başqa, sessiyada Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələri işlədib. Qondarma “erməni soyqırımı”nı da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ermənistan deputatının bu müraciətindən sonra yalnız bir neçə deputat ayağa qalxıb.

Ermənistan nümayəndə heyətinin rəhbəri tribunanı tərk edəndən sonra Rumıniyadan olan deputat dünyada baş verən bütün soyqırımı qurbanlarının xatirəsinin anılmasını xahiş edib. Bundan sonra bütün sessiya iştirakçıları ayağa qalxıb.

Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələrinin beynəlxalq aləmdə qəbul edilmədiyini iştirakçıların diqqətinə çatdırıb, bütün soyqırımı qurbanlarının xatirəsinin, o cümlədən Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı qurbanlarının xatirəsinin də anılmasına görə sessiya iştirakçılarına təşəkkür edib.

Milli Məclisin deputatı, həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.

T.Mirkişili çıxışında Azərbaycanın təşəbbüsü, Gürcüstan və Türkiyənin də birgə iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, xüsusən də TANAP-ın mühüm əhəmiyyəti, bu layihələrin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə məlumat verib.


Kateqoriya : SOSİAL Baxış sayı : 154

QHT və MEDİA

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

2020-01-23 11:00:50

QHT və MEDİA
İtaliya qəzetində Azərbaycan səfirinin e...
İtaliya qəzetində Azərbaycan səfirinin e...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca D...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...