SİYASƏT
A- A A+

Zakir Həsənov: Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir

2015-04-03 10:40:08

“Bu gün Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir. Silahlı Qüvvələrimiz düşmənin bütün təxribatlarına layiqli cavab verir

“Bu gün Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir. Silahlı Qüvvələrimiz düşmənin bütün təxribatlarına layiqli cavab verir. Düşmən böyük itkilər verir. Xüsusilə qeyd etmək istəyirəm ki, son zamanlar düşmən ordusu vahimə içindədir. Azərbaycan tərəfə keçən əsgərlər də bu məlumatları bizə çatdırırlar. Biz müxtəlif vasitələrlə də Ermənistan ordusundakı vəziyyəti izləyirik. Əldə etdiyimiz məlumatlar da bunu sübut edir”.

Bu fikirləri müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirən Z.Həsənov bildirib ki, Azərbaycan tərəfi bu müzakirələrdə regionda baş verən hadisələr, xüsusən də Ermənistanın təcavüzkar siyasəti barədə bir daha məlumat verib, birgə hərbi əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Ali Baş Komandanın birbaşa diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Ordusunun çox gücləndiyini deyən Z.Həsənov deyib ki, Ermənistanda da bunu tam başa düşür və etiraf edirlər. Son vaxtlar onların keçirdikləri uğursuz əməliyyatlar, verdikləri itkilər də bunu sübut edir. Qarşı tərəf bu ilin əvvəlindən 30-dan çox hərbu qulluqçu itirib. Bu, onların yalnız etiraf etdikləri rəqəmdir. Bəzi məlumatlara görə, bu rəqəm 50-dən çoxdur. Ermənistan ordusunun uğursuzluqları bu dövlətin daxili siyasətinə, eyni zamanda, əhalinin əhval-ruhiyyəsinə də mənfi təsir göstərir. Erməni xalqı küçələrə çıxır, nümayişlər keçirir. Onlar cəbhədəki vəziyyətin, o cümlədən itkilərin gizlədilməsinə Ermənistanın Müdafiə Nazirliyi, Prezident Aparatı qarşısında etiraz edir, qeyri-döyüş zamanı baş verənlərin araşdırılmasını tələb edirlər.

Nazir xüsusi olaraq vurğulayıb ki, artıq düşmən ordusunun əsgərləri Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilməyəcəklərini dərk edirlər. Bu da təbiidir. Çünki Azərbaycanın uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişaf Silahlı Qüvvələrimizin daha da güclənməsinə, hərbi qüdrətinin artmasına birbaşa təsir göstərir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1539

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...