SİYASƏT
A- A A+

Parlamentdə innovativ və modern idarəetmə çağırışlarına cavab verən gənclərə ehtiyac duyulur

2019-12-06 09:45:57

.

Azərbaycanda gəncləşdirmə siyasəti aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kadr və struktur islahatları da çevik, dinamik idarəetmənin daha da təkmilləşdirilməsinə hesablanıb. Bu baxımdan, Milli Məclisin də yürüdülən siyasətlə ayaqlaşması vacib şərtlərdəndir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sona Əliyeva deyib.

Millət vəkili bildirib ki, qanunverici orqan olan Milli Məclisdə də gəncləşdirmə siyasətinə ehtiyac var:

"Cənab Prezidentin dediyi kimi, gəncləşdirmə və dinamizm təcrübə ilə vəhdət təşkil etməlidir. Hazırda parlamentdə innovativ və modern idarəetmə çağırışlarına cavab verən gənclərə müəyyən mənada ehtiyac duyulur. Təbii ki, xalqla, seçicilərlə mütəmadi təmasda olmaq, problemlərin dinlənilməsi, qaldırılan məsələlərin bir çox hallarda yerində həlli əsas şərtlərdəndir. Bu mənada, Milli Məclisin tərkibinin fəal, dinamik və təcrübəli kadrlardan təşkili vacib şərtlərdən birinə çevrilib".

Deputat vurğulayıb ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv həyata keçirilməsini, daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zəruri edir:

"Azərbaycada bütün sahələrdə reallaşdırılan, o cümlədən struktur və kadr islahatları cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Hesab edirəm ki, bu baxımdan, parlamentdə də islahatların həyata keçirilməsi və qanuverici orqanın yenilənməsi bu islahatların məntiqi davamı ola bilər".

Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.


Kateqoriya : SİYASƏT Baxış sayı : 156

QHT və MEDİA

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

2020-01-23 11:00:50

QHT və MEDİA
İtaliya qəzetində Azərbaycan səfirinin e...
İtaliya qəzetində Azərbaycan səfirinin e...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca D...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...