QHT və MEDİA
A- A A+

"Parlament seçkilərinin keçirilməsi təklifi cəmiyyət tərəfindən çox müsbət qarşılandı" - Nəsimi Qarabağlı

2019-12-04 09:55:35

.

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çixiş etməsi qərarını veriblər.

Əlbəttə ki, biz bunu ölkə başçısı İlham Əliyevin kadr islahatlarına və islahatların aparılmasına bir dəstək olaraq YAP Siyasi Şurasının verdiyi düzgün qərar kimi dəyərləndirməliyik. Parlament seçkilərinin keçirilməsi təklifi cəmiyyət tərəfindən çox müsbət qarşılandı. Sanki, ölkə əhalisinin hər şeyin daha da yaxşı olcağına əminliyi artdı. Ümid edirəm ki, yeni yaradılacaq parlament daha çox milli maraqlara xidmət edəcək, vətəndaşların, o cümlədən seçicilərin hər an yanında olan, ölkənin dahada uğurla inkişaf etməsinə, ölkə əhalisinin həyat şəraitinin yaxşılaşmasına təsir edəcək sosial-iqtisadi, elm, təhsil, hərbi-müdafiə və təhlükəsizlik məsələrinə dair işlək qanun layihələrin hazlrlanmasına xidmət edəcək bir parlament olacaq.

Vətəndaş cəmiyyətimin bir üzvü olaraq, yeni parlamentə seçiləcək millət vəkillərini, nəhayət, sözün əsil mənasında millətin vəkili olaraq fəaliyyət göstərərək, prezident İlham Əliyev ində söylədiyi kimi, xalqa, millətə xidmət edəcək parlament deputatları olacaqlarına inanmaq istərdim. Əslində, ölkə imicinin dahada yüksək olması, ölkə vətəndaşlarının sağlam və rahat mühitdə yaşamaqları, sahibkarların, orta və kiçik biznes mühitinin qurulmasından tutmuş, sağlam rəqabətin olması və s. hamısı milliməclis deputatlarının işgüzar və fəal olaraq hazırladıqları qanun layihələrindən aslıdır. Qanunlar elə işlənilib hazırlanmalıdır ki, ondan ölkə-dövlət müsbət mənada faydalana bilsin. Elə olmalıdır ki, hər bir millət vəkilinin fəaliyyəti indən belə seçicilərin yanında seçkidən-seçkiyə yox, seçicilər üçün əlçatanlığını təmin edərək onlara daha yaxın olmalıdır. Seçiləcək müddətdə seçicinin yanında olaraq real problemləri araşdıraraq təkliflər, layihələr hazırlanmalıdır. Zənnimcə, yeni parlamentə seçiləcək deputatların milli təffəkkürü, sağlam intelekti və ən əsası onun vətənpərvər olması daha müsbət, millətimiz üçün daha faydalı olar.

Bu günlərim bizim hələ də həll edilməmiş Qarabağ boyda problemimiz var. Hələ də işğal altında olan torpaqlarımız və hər an onların işğaldan hökmən azad edəcəyik kimi qarşıda müqəddəs vəzifəmiz durur. Bu baxımdan yeni parlametdə bu kimi vacib məsələlər birinci olmalıdır. Əlbəttə, indiki parlamentdədə milli ruhlu, vətənpərvər və sağlam düşüncəli millət vəkillərimiz var. Hansı ki, Azərbaycanı ölkə hüdudlarından kənardada layiqincə təmsil edir, Azərbaycanın haqq səsini Avropa Parlament Assambleyasında və digər mötəbər məclislərdə çatdırırlar. Ancaq, nə yazıq ki, onların sayı kifayət qədər deyil. Ona görə yeni parlament elə olmalıdır ki, onun fəaliyyəti bilavasitə milli ruha köklənən, vətənpərvər səpgidə, sağlam və düzgün, işlək qanunların mövcudluğuilə olkə idarəçiliyinə, bir başa ölkə başçısına ölkə vətəndaşlarına qarşı sərgilədiyi və etdiyi qayğıya, müsbət mənada xidmətə bir təkan olsun. Əminəm ki, bu prosesdən sonra ölkədə baş verən siyasi gərginlik aradan götürülərək, dövlətin dahada inkişaf etməsinə xidmət edəcəkdir.

UCA ALLAH MİLLƏTİMİZİ, DÖVLƏTİMİZİ QORUSUN!!! Qoy bu yaradılacaq yeni prlament millətimiz və dövlətimiz üçün xeyirli və uğurlu olsun!!!

Nəsimi Qarabağlı

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 504

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...