SİYASƏT
A- A A+

Bratislavada Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətrafında münaqişənin sülh yolu ilə həllinə dair dövlətimizin mövqeyi təqdim olunub

2019-12-04 08:55:33

.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçiriləcək 26-cı illik görüşü ərəfəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətrafında münaqişənin sülh yolu ilə həllinə dair dövlətimizin mövqeyini təqdim edib.

AZƏRTAC xəbər verir ki, nümayəndəliyin yaydığı məlumatda Azərbaycanın ATƏT-in Minsk qrupu formatında münaqişənin siyasi yollarla həllinə sadiq qaldığı ifadə olunub. Qeyd edilib ki, münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar ABŞ Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində, həmçinin ATƏT-in müvafiq sənədlərində və qərarlarında təsbit edilib.

Məlumatda daha sonra bildirilir ki, münaqişənin həlli yalnız Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür: “Azərbaycan münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, xüsusən 1994-cü ildə Budapeşt Sammitinin qərarlarına söykənən mərhələli yanaşmaya sadiqdir. İlk addım münaqişənin fəsadlarının aradan qaldırılmasıdır, beləliklə bu Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, zorla didərgin düşmüş azərbaycanlı əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması və bu ərazilərdəki əmlakların onlara qaytarılması, qarşılıqlı istifadə və bu ərazilərin iqtisadi inkişafı üçün bölgədə bütün kommunikasiyaların açılması ilə nəticələnəcək”.

Yekunda bildirilib ki, həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir: “Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrıseçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Hökuməti ilə qarşılıqlı əlaqədə olaraq qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 163

QHT və MEDİA

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

2020-01-23 11:00:50

QHT və MEDİA
İtaliya qəzetində Azərbaycan səfirinin e...
İtaliya qəzetində Azərbaycan səfirinin e...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca D...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...