MÜSAHİBƏ
A- A A+

Professor Məhəmməd Kərimov: “Belə təcrübəni öyrənmək, Azərbaycana gətirmək çox zəruri idi”

2019-12-03 09:50:19

Fact-info.az saytının suallarını ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri, Dünya və Avropa Damar Cərrahları Assosiasiyalarının üzvü professor Məhəmməd Kərimov cavablandırır:

-Professor bu yaxınlarda ABŞ-da keçirilən beynəlxalq tibbi konqresdə ölkəmizi təmsil etmisiniz. Bu toplantı haqqında fikirləriniz necədir?

-ABŞ-ın Pensilvaniya ştatının Filodelfiya şəhərində AHA (American Heart Associasion)- Amerika Ürək Assosiasiyası adlanan cəmiyyətin noyabr ayının 15-19-da keçirilən növbəti illik konqresində iştirak etmək mənə də nəsib oldu. Mən bu, mötəbər təşkilatın artıq üçüncü belə tədbirində iştirak edirəm. Konqresin adından məlum olduğu kimi beynəlxalq forum ürək-damar problemlərinə həsr olunmuşdu və onun işində dünyanın müxtəlif regionlarının 110 ölkədsindən 25 min nümayəndə iştirak edirdi. Böyük sayda, yəni 10 mln-dan artıq izləyici isə onlayn rejimdə ödənişli formada konqresin gedişini izləyə bilirdi. Burada ürək-damar xəstəliklərinin həm cərrahi, həm də terapevtik müalicə üsullarından söhbət gedirdi. Bildiyiniz kimi, ürək-damar xəstəlikləri uzun illərdir bəşəriyyətin ən böyük bəlasına çevrilmiş, həm xəstələnmə, həm də ölüm göstəricisi kimi dünyada birinci yerdə qalmaqdadır. Yalnız bundan sonra onkolji xəstəliklər və travmatizm gəlir. Ona görə tədbirdə ürək-damar xəstəliklərinin demək olar ki, bütün vacib məqamlarına maksimum diqqət ayrıldığından hər kəs, o cümlədən də mən bir damar cərrahı olaraq bu tədbirdən xeyli faydalandım. Öncə qeyd etmək istərdim ki, Amerika alimlərinin çıxışları, apardıqları çox müasir elmi tədqiqatlar, aldıqları nəticələrin təhlilinə əsaslanan ortalığa qoyduğları cəsarətli fikirlər hamının diqqətimi daha çox cəlb edirdi. Əgər Avropadan gələn nümayəndə 2-3 min xəstənin müalicəsinin nəticələri barədə danışırdısa, Ameraka alimləri 10-20 min və daha çox xəstənin müalicəsindən söhbət açırdılar. Bu bir daha onu göstərir ki, Amerika ürək-damar cərrahiyyəsi özünün çox yüksək inkişaf tempini və səviyyəsini hələ uzun onilliklər saxlayacaq və bütün dünyaya nümunə olaraq qalacaqdır. Digər ölkələrin alimlərinin də təcrübəsi, bu sahəyə gətirdikləri yeniliklər də maraqlı idi. Belə təcrübəni bölüşmək, öyrənmək, Azərbaycana gətirmək çox zəruri idi. Biz də bir damar cərrahı olaraq çalışdıq bu missiyanı yerinə yetirək. Digər tərəfdən də konfransa əliboş getməmişdik - aşağı ətraf arteriyalarının xəstəliklərinə və kritik işemiyaya həsr olunmuş çıxışımız da maraqla qarşılandı.

-Ümumiyyətlə, ABŞ-da təbabət necə inkişaf edib, onların təcrübəsindən necə faydalanmaq olar?

-ABŞ-da bütün ölkə miqyasında, şəhərlərin böyük- kiçik, mərkəzi-ucqar və s. olmasından asılı olmayaraq təbabət paralel olaraq inkişaf etmiş, zirvələrə qalxmış və bu gün də bu, tendensiya qalmaqdadır. Məsələn 200 minə yaxın əhalisi olan Roçester şəhərində yerləşən dünyaca məşhur Meyo klinikası (63000 insan çalışır), əhalisinin sayı 10 mln.olan şəhərlə rəqabət aparır və hələlik öndədir. Məhz bu inkişafın nəticəsidir ki, ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində cox böyük uğurlar qazanmışlar. Məsələ bütün dünyada aşağı ətrafların arterial xəstəliklərində ayağın amputasiya faizi artmağa meyllidirsə, amerikanlarda bu əksinə azalmağa doğru gedir və çox gözəl nəticələr almışlar. Bu biirinci növbədə əhali arasında kütləvi skrininq müayinələrin aparılması, xəstəliklərin erkən, başlanğıc fazada aşkar edilməsi və açıq, travmatik cərrahi əməliyyatdan yox, yeni müasir, azinvaziv endovazal üsullardan istifadə edib stentlərin qoyulması hesabına başa gəlir. Eləcə də bir çox digər ürək- damar xəstəliklərinin əməlyyatlarını klassik üsullarla deyil, ən müasir metodlarla, radioloji, endovazal müalicə üsulları ilə yerinə yetirirlər. Onların çox cəsarətli yanaşması və ən modern tibbi yenilikləri vaxtında tətbiqi bütünlüklə Amerika səhiyyəsini çox inkişaf etdirmişdir. Digər tərəfdən də çox ciddi tədqiqatlar aparılır, o cümlədən də genetik müayinələr. Bunun da nəticəsində bir çox xəstəliklərin qarşısı zamanında alınır.

-Tibbin çox vacib sahələrindən olan genetik tibbi tədqiqatlar Azərbaycanda aparılırmı?

-Mən bildiyim qədər bu sahədə elmi tədqiqatların aparılması Azərbaycanda tam oturuşmayıb. Çünki genetik analizlər üçün daha çox Türkiyənin müxtəlif klinikalarına müraciət edirik. Düşünürəm ki, bu vacib sahənin də ölkəmizdə inkişaf etdirilməsi çox önəmlidir.

-Professor siz damar cərrahiyyəsi sahəsində türkiyəli mütəxəssislərlə bərabər son vaxtlar daha bir müalicə üsuluna başlamısınız. Bu barədə nə deyə bilərsiniz?

-Bir neçə gün öncə Türkiyədən dəvət olunmuş tanınmış damar cərrahları ilə birlikdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında varikoz xəstəliyinin ən yeni NT-NT üsulu ilə müalicəsini icra etdik. Əməliyyat nəinki Azərbaycanda, hətta MDB məkanında ilk dəfə icra edilirdi. Bu müalicə metodu varikoz xəstəliyinin müalicəsinin ən son üsulu olub, cəmi 5-6 yaşı var və yazılanlara görə ilk dəfə Amerikada icra olunmuşdur. Amma indi bütün dünyada sürətlə yayılmaqdadır və təbii ki, biz də kənarda qala bilməzdik, müəyyən çətinliklərlə də olsa buna nail olduq.Metodun əsasında kimyəvi ablasiya deyilən, yəni damarın mənfəzinə xüsusi kimyəvi qarışıq vurmaqla onun bağlanmasına və sonda tamamilə sorulmasına səbəb olan proses dayanır. Kimyəvi ablasiya uzun illər daha çox skleroterapiya şəklində istifadə olunurdu. Lakin bu metod isə keyfiyyətcə yeni, tamamilə fərqli bir ablasiyadır. Məlumat üçün bildirmək istəyirəm ki, bu ilin avqust ayında Dünya Fleboloji Cəmiyyətinin Krakov konqresində müalicənin 3 və 5 illik nəticələri ilk dəfə elan olundu və açıq deyim ki, bu bir şok effekti yaratdı.-nəticələri hətta Lazerdən də üstün idi. Çıxış edənlər əsasən ABŞ, İngiltərə və Almaniya tədqiqatçəları olsa da Türkiyə alimləri də çox sanballı prezentasiya etdilər. Bəlli oldu ki, heç də göstərildiyi kimi deyil, bu metodu tək ingilislərin adına yazmaq düzgün olmaz, həmçinin də türk metodur. Bu doğrudan da çox qürur verici bir hiss idi və biz də bundan faydalanmaq qərarına gəldik və məqsədimizə nail olduq. Artıq varikozun müalicəsinin bu ən yeni metodu da Azərbaycandadır, xəstələrimizin sərəncamındadır. Buyursunlar, bəhrələnsinlər. Lazer kimi dəyərli və qiymətli metoddan hansı üstünlükləri var? Tədqiqatların nəticələri göstərdi ki, embolizasiya yüksək effektli və tam təhlükəsizdir, eyni zamanda texniki icrası daha asandır, qansızmalarla müşayiət olunmur. Digər üstünlüyü isə ümumi və yerli ağrısızlaşmaya ehtiyacın olmaması, əməliyyatdan sonra corabdan istifadə edilməməsidir. Corablardan istifadə edilməməsi bütün isti iqlimli ölkələr kimi bizim üçün də çox önəmlidir. Xəstə əməliyyatdan sonra yarım saat ərzində klinikanı tərk edir və özünün gündəlik iş və həyat tərzində heç bir dəyişiklik etmir. Bu müalicə metodu ilə daha yaxından tanış olmaq məqsədi ilə mən Türkiyədə Ankara universitetində olub, cərrahi əməliyyatlarda iştirak etmişəm, treyninq keçmişəm, əməliyyatdan sonra xəstələrin vəziyyətini izləmişəm. Yeni müalicə metodunun yüksək effektivliyinə və təhlükəsizliyinə tam əmin olduqdan sonra Türkiyəli mütəxəssislərlə birlikdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında əməliyyatları icra etdik.

-Professor Azərbaycanda 2020-ci ildən mərhələli şəkildə tibbi sığorta sisteminə keçid başlayacaq. Ümumiyyətlə, bu, sistemə keçid nə dərəcədə zəruridir?

-Bu sistemə keçid çox zəruridir və çox effektli olacağına tam əminəm, çünki onun alternativi bütün dünyada yoxdur. Ona görə də tibbi sığorta təbabət elminin inkişafı və əhalinin sağlamlığı baxımından məqbul variantdır. Bu model sayəsində insanlar hər zaman dövlətin zəmanət verdiyi tibbi xidmətləri pulsuz əldə edəcəklər. 2020-ci ildən tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyəti böyük olacaq. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı məlum sərəncamı var və inanıram ki, onun icrası nəticəsində ciddi müsbət dəyişikliklər olacaq.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1736

QHT və MEDİA

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

2020-01-23 11:00:50

QHT və MEDİA
İtaliya qəzetində Azərbaycan səfirinin e...
İtaliya qəzetində Azərbaycan səfirinin e...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca D...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...