2015-11-02 11:10:21 | MƏDƏNİYYƏT
Rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanıb

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsini icra edir

Layihə çərçivəsində rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanıb. 

Topluda orta əsrlərdən müasir dövrədək Azərbaycanın bu tarixi bölgəsində yaşayıb-yaratmış, əslən Qarabağdan olan 100-dək şair, yazıçı və mütəfəkkirin həyatı, yaradıcılığı haqqında məlumatlar, əsərlərindən nümunələr rusdilli oxuculara təqdim edilir. 

Qeyd edək ki, may-oktyabr aylarında icra olunan layihə üzrə müxtəlif elektron toplu və xronoqraflar (“Bizim təqvim”, “Mədəniyyət gündəliyi”, “Qarabağ tarixinin salnaməsi” və s.) hazırlanaraq ww.azerbaycanli.org saytında istifadəyə verilib. 

www.azerbaycanli.org saytı Azərbaycanın tarixi, bu günü, mədəni irsi, mənəvi dəyərləri, Qarabağ problemi ilə bağlı elektron-məlumat bazası və analitik-xəbər portalı kimi 2009-cu ildən fəaliyyət göstərir. 

2011-ci ildə saytda ilk dəfə Azərbaycan dilində “Qarabağ ədəbiyyatı” toplusu tərtib edilərək internet istifadəçilərinə təqdim edilib. Yeni layihə əsasında həmin toplu daha da zənginləşdirilərək rus dilinə tərcümə olunub. 

Mədəni irs hər bir xalqın yaşadığı torpaqda tarixini, qədimliyini sübut edən başlıca meyardır. Tarixi yurd yerimiz olan Qarabağda yaşayıb-yaratmış mütəfəkkir və ədiblərin zəngin irsi də bu baxımdan xüsusilə dəyərlidir. Bu irsin öyrənilməsi, tədqiq və təbliğ olunması, müxtəlif xarici dillərdə dünyaya çatdırılması böyük əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyev bununla bağlı deyib: “Ermənilərin Dağlıq Qarabağa iddiaları tamamilə əsassızdır. Biz bunu bilirik, amma gərək bu həqiqətləri dünya birliyinə çatdıraq. Bunun üçün təbliğat işləri daha güclü olmalıdır. Bu işləri internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır”. 

Rus dilində hazırlanan “Qarabağ ədəbiyyatı” toplusu da bu məqsədə xidmət edir. toplu eyni zamanda Qarabağın tarixi, mədəni irsi ilə bağlı yeni elektron resursların, nəşrlərin hazırlanmasına zəmin olacaq. (qhtxeber.az)

 

Elektron toplu ilə bu linkdə tanış olmaq olar: http://azerbaycanli.org/?page=19&lang=rus

Baxış sayı : 1748
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir