SİYASƏT
A- A A+

Xarici Müşahidəçilər Qrupu: Azərbaycanda keçirilən seçkilər beynəlxalq normalara uyğundur

2015-11-02 09:15:03

Amerika Müşahidəçilər Qrupunun (AMQ) Azərbaycanda parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirilib

AMQ-nin sədri, ABŞ Konqresinin hərbi xidmət məsələləri üzrə keçmiş rəhbəri Solomon Ortiz qrupun keçmiş Konqres üzvləri, baş icraçı direktorlar, sahibkarlar, siyasi müşavirlər və ABŞ-da tanınan digər yüksək səviyyəli şəxslərdən ibarət olduğunu deyib. Qrupa ölkə ərazisində seçki məntəqələrini seçməkdə tam azadlıq verildiyini deyən S.Ortiz vurğulayıb ki, 125-dən artıq seçki məntəqəsi təsadüfi qaydada seçildi. AMQ seçki prosesini hərtərəfli izləyib təhlil etdi. Qrup Bakı şəhərində və Azərbaycanın bir neçə rayonunda seçkilərin gedişini izlədi. Yüksək fəallığın hiss edildiyi və aydın şəkildə beynəlxalq normalara müvafiq seçki prosesi müşahidə olundu. Seçki məntəqələrində quraşdırılmış 1000 veb-kamera səsvermənin gedişini bütün dünyada izləmək imkanı yaradıb. Gördüklərimiz beynəlxalq aləmdə tanınan vətəndaş cəmiyyəti təşkilatlarının təklif etdiyi məqsədlərə müvafiq idi. Azərbaycan ədalətli, şəffaf və beynəlxalq müstəvidə qəbul olunan seçki keçirməyə böyük səylər göstərdi və bu məqsədə də nail oldu. Solomon Ortiz bildirib ki, seçki şəffaflığının əsas göstəricilərindən olan “exit-poll” tədqiqatına geniş imkan yaradılması çox müsbət haldır. Müşahidə aparılmış seçki məntəqələrinin heç birində qanun pozuntusu qeydə alınmadı. AMQ seçkilərin azad, ədalətli və şəffaf keçdiyinin şahidi oldu


Kateqoriya : SİYASƏT Baxış sayı : 992

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...