SOSİAL
A- A A+

Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan toplantı

2019-11-29 14:30:27

.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, görkəmli ictimai-siyasi xadim, jurnalist, yazıçı, publisist, alim, diplomat, dövlət adamı Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan "Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" adlı elmi seminar keçirib.

Seminarı giriş sözü ilə Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli açıb. M.Seyidbəyli Əhməd bəy Ağaoğlunun coxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə edərək Azərbaycan ictimai-fikir tarixində onun özünəməxsus imza atdığını qeyd edib.

AMEA İctimai Elmlər bölməsinin akademik-katibi akademik Nərgiz Axundova dövlət başçısının göstərişi ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin ölkə səviyyəsində keçirilməsinin elmi-ictimai əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli şəxsiyyətlərimizə həsr olunan belə kütləvi tədbirlər onların parlaq həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi və təbliğ edilməsi baxımından çox faydalıdır.

Sonra İnstitutun əməkdaşları - elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Əhməd bəy Ağaoğlu – Difai fədaisi”, ETİ Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdir tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Əhməd bəy Ağaoğlu və Atatürk münasibətləri”, ETİ Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdir əvəzedicisi, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikov “Əhməd bəy Ağaoğluna görə islahat zərurəti”, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Əhməd bəy Ağaoğlunun əsərlərində İran/Persiya məsələsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda Ə.Ağaoğlunun həyat və fəaliyyətinə, elmi baxışlarına, siyasi görüşlərinə aydınlıq gətirilib. Onun başdan-başa milli məfkurəylə yoğrulmuş böyük mücadilə adamı olmaqla yanaşı, həm də böyük islahatçı, maarifçi, alim, diplomat və dövlət adamı olduğu vurğulanıb. Məruzələrdə onun Atatürklə yaxın münasibəti, Türkiyə Cümhuriyyətinin qurulmasında ideoloji-siyasi rolu, maarif naziri olması, Türkiyə Böyük Millət Məclisində ardıcıl olaraq 2 dəfə millət vəkili seçilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı özünəməxsus rolu, əsrin əvvəlində Azərbaycan türklərini soyqırıma məruz qoyan erməni daşnaklara qarşı yaratdığı “Difai” hərəkatındakı misilsiz xidmətləri və həmişə sadiq qaldığı türkçü-turançı fikirləri, islahatçı mövqeyi tarixi faktların, sənədlərin dili ilə ifadə olunub.


Kateqoriya : SOSİAL Baxış sayı : 185

QHT və MEDİA

2020-01-27 08:40:28

QHT və MEDİA
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...

Nyu-Yorkdakı “Millenium-Hilton” otelində İslam Konfransı Təşkilatının (İKT, i...

2020-01-26 00:15:42

QHT və MEDİA
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...

“Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün ge...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...