İQTİSADİ
A- A A+

SOCAR-ın “Azərikimya” İB-də aparılan modernizasiya və birgə layihənin gedişi bağlı Almaniyanın səfirilə müzakirə aparılıb

2019-11-29 14:05:25

.

“Azərikimya” İstehsalat Birliyində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maninqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

«Azərikimya» İB-nin baş direktoru İmran Arzumanzadə “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında məlumat verib. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan genişmiqyaslı yenidənqurma və modernizasiya layihəsi ilə paralel olaraq, SOCAR-ın neft-qaz emalı zəncirinin bitişik seqmenti olan “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda da analoji layihə həyata keçirilir. Gələn ildə layihənin tamamlanması ilə Sumqayıtdakı zavodun istehsalat imkanları artırılacaq, bu da SOCAR Polymer zavodlarının qarşıdakı illərdə birbaşa etilen və propilen xammalı ilə dayanıqlı təchizatına şərait yaradacaq. Nəticədə, Neft Emalı Zavodu – Azərikimya - SOCAR Polymer zənciri vasitəsi ilə daha yüksək dəyərə malik olan məhsullar istehsal olunaraq, ölkənin ixrac gəlirlərinə töhfə verəcək.

Görüşdə qeyd olunub ki, “Azərikimya” İB-də həyata keçirilən layihələrdən biri də Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin və gücünün artırılmasıdır. SOCAR-ın Almaniyanın UNİPER şirkəti ilə təsis etdiyi birgə müəssisəsi hazırda yeni Buxar Turbogenerator qurğusunu inşa edir.

Layihənin məqsədi Etilen-Polietilen zavodunun Buxar Generator Kompleksinin movcud 32 Mvt.saat (faktiki 13 Mvt.saat) layihə gücünün 65 Mvt.saat layihə gücünə çatdıraraq, təxminən 5 dəfə artırmaqdır. Bunun üçün əlavə turbogenerator quraşdırılacaq və mövcud texnoloji sistem təkmilləşdiriləcəkdir. Gələn ildə layihə başa çatdıqdan sonra yeni Buxar Generator Kompleksi 65 mvt.saat gücündə çalışacaqdır ki, bu da “Azərikimya” İB-nin elektrik enerjisinə olan tələbatını tam ödəyəcək və Sumqayıt Elektrik Şəbəkəsindən əlavə enerji götürməyə ehtiyac qalmayacaq. Üstəlik, izafi qalan 35 mvt.saat elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülə bilər.

Görüşdən sonra qonaqlar üçün “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna baxış təşkil olunmuş, həyata keçirilən modernizasiya layihələrinin gedişatı, o cümlədən Buxar Turbogenerator qurğusunun tikintisi ilə yerindəcə tanış olunmuşdur.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 111

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...