SİYASƏT
A- A A+

Parlamentlə bağlı qərar islahatların məntiq və tələbinə uyğundur, müasir çağırışlara ən optimal cavab olaraq misilsiz addımdır

2019-11-29 11:45:32

.

Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etmələri barədə öz deputat korpusuna etdiyi müraciət ölkənin hazırkı inkişaf dövründə yeni əhəmiyyətli keyfiyyət dəyişiklikləri doğurmaq gücündədir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hakim Partiyanın bu təşəbbüsünün zərurətdən meydana gəldiyini sübut edən çoxsaylı əsaslar var: "Hazırkı Milli Məclis ölkənin indiki inkişaf mərhələsinin qanunvericilik təminatı sahəsində dörd ilə yaxın fəaliyyət göstərsə də, parlamentin rolunu və fəallığını daha da artırmaq qaçılmaz zərurət kimi ortaya çıxlb. Milli Məclisin buraxılaraq azad və ədalətli əsaslarda yeni seçkilərin keçirilməsi aparılan hərtərəfli islahatların məntiq və tələbinə tamamilə uyğundur. Parlamentin buraxılması və yeni parlamentin formalaşdırılması son illərdə daha intensiv xarakter almış islahatların tərkib hissəsi və bu islahatları bütövləşdirən vacib faktordur. İcra hakimiyyəti sistemində, sosial-iqtisadi sahədə aparılan struktur və kadr islahatlarının qanun yaradıcılığı sistemini və onun ən aparıcı institutu olan Milli Məclisi də əhatə etməsi mövcud reallığın obyektiv tələbidir. Azərbaycanda parlament islahatı ölkənin indiki mərhələdə üzləşdiyi çağırışlara ən optimal cavab vermək baxımından misilsiz addımdır. Aparılan islahatların real nəticələr verdiyi bir şəraitdə bu islahatlara daxili ictimai inamı və beynəlxalq etimadı daha da gücləndirmək baxımından parlament islahatları misilsiz rol oynaya bilər".

Baş redaktorun sözlərinə görə, etiraf olunmalıdır ki, 2015-ci ildə formalaşmış Milli Məclis yalnız o dövr Azərbaycan dövlətinin daxili və beynəlxalq vəziyyətin reallıqlarına uyğun olduğu üçün hazırkı mərhələnin tələbləri ilə tam ayaqlaşa bilmir:

"Xüsusilə son 4 ildə müxtəlif sahələrdə həyata keçirilən islahatlar, "strateji yol xəritələri" və diplomatik sahədə görülən işlər Azərbaycanın daxili və xarici görkəmini, imicini əsaslı dərəcədə dəyişdirib. Sözsüz ki, ölkənin malik olduğu potensiallar baxımından bu inkişaf həddi son deyil və yeni inkişaf potensiallarının fəallaşdırılması üçün qanunvericilik hakimiyyəti sahəsində islahatlara böyük ehtiyac hiss olunur. Yeni dəyişiklik meyillərinin, yeni sosial iqtisadi fenomenlərin və yeni demoqrafik təzahürlərin daha səmərəli inkişafına tam təminatlı qanunvericilik bazası yaratmaq üçün yeni tərkibli parlamentə ciddi tələbat var. Azərbaycanın yeni parlamenti əhalinin bütün sosial, siyasi qruplarını, xüsusilə gəncliyi öz çəkisinə uyğun daha əhatəli təmsil etmək, cəmiyyətimizin müxtəlif nəsillərinin təcrübə və enerjisini dinamik əlaqələndirmək, dövlət hakimiyyətinin daha səmərəli budağına çevrilmək baxımından çox əhəmiyyətlidir. Yeni parlament olmadan islahatlar prosesinə impuls vermək və islahatlara xalqın marağını daha da artırmaq mümkünsüzdür.

Mühüm məqamlardan biri odur ki, bəzi şəxsi komponentlərin cəmiyyət arasında doğurduğu neqativ rəylər də yeni parlamentə ictimai tələbatın yarandığını şərtləndirir. Milli Məclisin buraxılması və yeni seçkilərin keçirilməsi islahatların tərkib hissəsidir, cəmiyyətimizin və indiki inkişaf proseslərinin real tələbidir".

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının növbədənkənar Parlament seçkilərinin keçirilməsi təşəbbüsünə münasibət bildirən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı da bildirib ki, qanunverici hakimiyyətin islahatı davamlı iqtisadi inkişafımıza xidmət edəcək.

V.Qasımlı deyib ki, dövlət hakimiyyəti qollarından icra hakimiyyəti və məhkəmə hakimiyyəti istiqamətlərində Prezident İlham Əliyevin rəhbərliyilə islahatlar yeni mərhələyə qədəm qoyub:

"Bu baxımdan hakimiyyətin digər qolu - qanunvericilik hakimiyyətinin də islahatına ehtiyac yaranıb. Çünki qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı və uzlaşdırılmış fәaliyyәtini təmin etmək üçün islahatların bütün dövlət idarəetmə sistemini əhatə etməsi vacibdir. Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının hazırladığı "Hökümətin effektivliyi" subindikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyişə nail olmuş ölkədir. Çünki Azərbaycanda dövlət idarəetmə islahatları BMT-nin davamlı inkişaf məqsədləri, yaxşı idarəetmə və açıq hökümət prinsiplərinə uyğundur. Bu ilin dekabrında bələdiyyə seçkilərinin də keçirilməsi nəzərdə tutulur ki, bu da yerli idarəetmənin də yeni dövrün tələbinə və islahat gündəliyinə uyğun olaraq yenilənməsini ehtiva edir. Parlament cəmiyyətin yeni çağırışlarının hakimiyyətdə yeni təmsilçilər vasitəsilə çatdırmaq üçün uyğun bir platformadır. Parlamentin yeni tərkibi cəmiyyətin islahata köklənmiş hazırkı əhval-ruhiyyəsini daha dolğun ifadə edə bilər. Növbədənkənar seçkilər imkan verəcək ki, Azərbaycan vətəndaşı məhz bu günkü qayğılarını, gözləntilərini, maraqlarını və iradəsini səs verəcəyi namizədlər üzərindən qanunverici hakimiyyətə çatdırsın. Beləliklə, bu islahat da vətəndaş-mərkəzli olmaqla daha çox əhalinin maraqlarına xidmət edəcək".

İcraçı direktor qeyd edib ki, ölkədə dərinləşən iqtisadi, sosial və məhkəmə-hüquq islahatlarına paralel olaraq siyasi islahatların aparılması, indiki halda qanunverici hakimiyyətin islahatı mühüm əhəmiyyət kəsb edir:

"Məhz belə genişmiqyaslı və sistemli islahatlar təkamül prinsipinə uyğun olaraq kataklizmlərdən qaçmaqla həyata keçirilir. İslahatların ahəngdarlığı və rəvan xətti onun dövlətə, əhaliyə və biznesə daha faydalı olmasını təmin edir. Cənab Prezident tərəfindən islahatların belə sistemli həyata keçirilməsi biznes gözləntilərinin yaxşılaşmasına xidmət edir. Bu halda "Deloitte" şirkətinin Azərbaycanda apardığı sorğularla bağlı nəticələri də diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, ölkəmizdə fəaliyyət göstərən, illik 100 milyondan artıq dövriyyəsi olan şirkətlərin 87%-i fikirləşir ki, onların gəlirləri daha da artacaq. "Ernst Young"ın sorğularının nəticələrinə görə, 2018-ci ildə Azərbaycanda işləyən Avropa şirkətlərinin 33%-i hesab edirdi ki, ölkənin vergi sistemi effektivdir, 2019-cu ildə isə bu faiz 45-ə yüksəlib. Rəyi soruşulan şirkətlərin 75%-i 2019-cu ildə Azərbaycanı əlverişli investisiya məkanı kimi qiymətləndirib. Bu onu göstərir ki, biznes Azərbaycandakı islahatlar kursuna inanır."

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 118

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...