İQTİSADİ
A- A A+

Beynəlxalq Maliyyə İnstitutları Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib

2019-11-28 18:05:33

.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020-ci illər üzrə keçid hesabatı”na əsasən, Azərbaycanda ölkə rəhbərliyinin iradəsi ilə həyata keçirilən islahatların müsbət nəticələri vurğulanıb, inkişafı şərtləndirən amillər qeyd edilib, gələcək dövr üçün proqnozlaşdırılan pozitiv perspektivlər əks olunub.

Hesabatda son illər ölkədə karbohidrogen hasilatından əldə edilən gəlirlərin iqtisadiyyatın digər sektorlarına yönəldilməsinin Azərbaycanda iqtisadi şaxələndirməni gücləndirdiyi və özəl sektorun ümumi inkişafın əsas prioritetlərdən birinə çevrildiyi qeyd edilib. Həmçinin hesabatda maliyyə sektorunda aparılmış islahatlar nəticəsində vergi yükünün azaldılması, mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi xüsusi vurğulanıb.

Son zamanlar maliyyə sektorunda həyata keçirilən islahatlar, bu islahatların nəticəsi olaraq sektordakı müşahidə olunan sabitlik və müsbət trendlər də hesabatda öz əksini tapıb. Belə ki, ölkədə kredit verilməsindəki azalmanın 2018-ci ildən dayandığı, ümumi makroiqtisadi sabitləşmə və iqtisadi artımın yenidən başlanması fonunda ilin sonundan etibarən nominal nisbətdə artmağa başladığı diqqətə çatdırılıb.

Sözügedən hesabatda kreditləşmə və əmanətlərin həcmində dollarlaşmanın azalması müsbət tendensiya kimi qeyd edilib. Eyni zamanda, ölkə başçısının 2019-cu il fevralın 28-də problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərman, bu fərman çərçivəsində sektorun sağlamlaşdırılması baxımından atılmış addımlar və əldə olunmuş müsbət nəticələr də hesabatda geniş şərh olunub.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 96

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...