SİYASƏT
A- A A+

Rusiya-ABŞ hərbi rəhbərliyinin görüş yeri kimi Bakını seçməsinin ciddi əsaslarının olduğu danılmazdır

2019-11-28 09:25:35

.

Nəzərə almaq lazımdır ki, dünyanın təhlükəsizlik indeksi və ümumiyyətlə, qlobal siyasi, hərbi-siyasi proseslərin xarakteri birbaşa Rusiya-NATO və ya Rusiya-Qərb münasibətlərindən asılıdır. Bu baxımdan, Rusiya və NATO hərbi rəhbərliyinin davamlı olaraq dünyayüklü hərbi-siyasi məsələləri Bakıda müzakirə etməsi ölkəmizə böyük önəm verildiyini göstərir. 2017-ci ildən başlayaraq həm Rusiya-NATO, həm də ayrıca olaraq, Rusiya-ABŞ hərbi rəhbərliyinin görüş yeri kimi Azərbaycanın paytaxtı Bakını seçməsinin ciddi əsaslarının olduğu danılmazdır.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq qeyd edib ki, dünya siyasi xəritəsində yer alan 200-ə qədər ölkə içərisindən Azərbaycanın görüş yeri kimi seçilməsinin ən əsas səbəblərindən biri ölkənin yaxşı təhlükəsizlik mühiti ilə əlaqəlidir. Azərbaycan Respublikası təhlükəsizlik mühitinin səviyyəsinə görə dünyanın əksər dövlətlərini üstələyir. Təbii ki, ən etibarlı təhlükəsizlik mühitinə malik məkanda təhlükəsizlik və digər hərbi-siyasi məsələləri müzakirə etmək məntiqlidir. Bakının görüş yeri kimi seçilməsinin digər mühüm səbəbi Azərbaycanın önəmli tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malik olması ilə bağlıdır. Belə səviyyədə görüşlər bir çox hallarda ciddi məxfilik tələb edir ki, Azərbaycan tərəfi həmişə bunu uğurla təmin edə bilir.

E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan həm Rusiya ilə, həm də NATO ilə konstruktiv əməkdaşlıq sistemini yarada bilib. Azərbaycanın NATO ilə əməkdaşlığını Rusiya rahat qəbul edir. Belə ki, bu əməkdaşlığın hər hansı bir formada Rusiyaya qarşı yönəldiyini düşünmək üçün əsas yoxdur. Eyni mövqedən NATO da çıxış edir. Bu baxımdan, həm Rusiyanın, həm də NATO-nun Azərbaycana etimadı var və görüş yeri kimi Bakının seçilməsində bu amilin də təsiri olub. Təbii ki, belə vəziyyət Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsində yaranıb. Azərbaycan Respublikası NATO-nun təşəbbüskarı olduğu proqramlarda və əməliyyatlarda iştirak etməklə beynəlxalq təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verir ki, bunlar bəşəri dəyərlərdir.

Politoloq vurğulayıb ki, ölkənin beynəlxalq miqyasda nüfuzunun yüksəlməsində bu mövqeyinin ciddi təsiri var. Həmçinin Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi, əməkdaşlığın genişləndirilməsi tərəflərin milli maraqlarına uyğun olmaqla yanaşı, həm də regional təhlükəsizlik sülh və ümumi inkişaf baxımından əhəmiyyətlidir. Həm Rusiyanın, həm də NATO-nun Azərbaycan dövlətinə olan böyük etimad və inamının nəticəsidir ki, ötən il tərəflər arasında üç görüş Bakıda baş tutub. Bu il isə artıq ikinci dəfədir ki, NATO və Rusiya hərbi rəhbərliyi arasında Bakı müzakirələrinin şahidi oluruq. Bu, vurğulamağa əsas verir ki, bundan öncəki görüşlər tərəflərin gözləntilərini doğruldub. Bu baxımdan, Bakı dünyanın taleyinin həll olunduğu məkana çevrilməkdədir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 246

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...