MÜSAHİBƏ
A- A A+

Nuru Bayramov: “Bu sistem ən məqbul və effektli variantdır”

2019-11-27 18:55:12

.

Fact-info.az saytının suallarını Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov cavablandırır:

- Məlum məsələdir ki, Azərbaycanda 2020-ci ildən tibbi sığorta sisteminə keçid başlayacaq. Ümumiyyətlə, bu, sistemə keçid nə dərəcədə zəruri idi və səhiyyəmiz buna hazırdırmı?

-Təbii ki, bu sistemə keçid zəruridir. Tibbi sığorta ən məqbul və effektli variantdır. Bugünkü vaxtda əhaliyə normal tibbi xidmət göstərmək üçün tibbi sığorta ən optimal vasitədir və bunun alternativi yoxdur. Biz həkim kimi belə optimal sistemə keçidi müsbət dəyərləndiririk. Düşünürəm ki, yeni tətbiq olunan sistem həkimlərimizin də işinə müsbət təsir göstərəcək. Çünki ödənişli səhiyyə sistemində bəzən xəstələrimiz maliyyə tapa bilmədiklərinə görə, həmin vəsaitləri ödəyə bilmirdilər. Artıq tibbi sığota vasitəsilə bu proses həyata keçiriləcək. 2020-ci ilin yanvar ayından etibarən bütün ölkə miqyasında icbari tibbi sığorta tətbiq olunması səhiyyə sahəsində müsbət dəyişikliyə gətrib çıxaracaq. Xəstəliyi olan insanlar bu vəsaitlərdən istifadə etməklə müalicə alacaq. Bu qaydada insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar. Bu model sayəsində insanlar hər zaman, əllərində maliyyənin olub-olmamasından asılı olmayaraq dövlətin zamanət verdiyi tibbi xidmətləri pulsuz əldə edəcəklər. 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyəti, böyük olduğu qədər, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rolu olacaq.

- Bu sistemə cəlb olunan xəstəxanalar və tibbi heyət bu sistemə hazır olacaqmı?

- İcbari tibbi sığorta sisteminə qoşulan xəstəxanalar tələblərə cavab verməlidir. Belə ki, xəstəxanada təminat verdiyimiz xəstəliklər üzrə ixtisaslaşmış mütəxəssislərin olması çox vacibdir. Çünki düşünürük ki, xəstənin harada yaşamasından, yaşından asılı olmayaraq, onun müalicəyə əlçatanlığı olmalıdır. Əsas məqsəd odur ki, xəstə xəstəxanada keyfiyyətli xidmət alsın. Ümid edirəm ki, bu prosesdə həkimlər öz işinin öhdəsindən gələсək.

-Yeni sistemə keçid hansı problemlərin yaranmasına gətirib çıxarar?

-Təcrübəsizlikdən problemlər yarana bilər. Ancaq mənim fikrimcə, belə məsələlər tezliklə həllini tapacaq. Çünki tibbi sığorta ən məqbul varintdır. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sistemdən istifadə ediblər. Biz həmin ölkələrin təcrübəsindəndə faydalanmağa çalışmalıyıq. Bir sözlə belə faydalı sistemin alternativi yoxdur.

-Öz işinin öhdəsindən gələ bilməyən və yaxud öz üzərində çalışmayan həkimlər var. Yeni sistemə keçid zamanı onların aqibəti necə olacaq?

-Artıq elə şəxslərin sayı azalıb. Onların bəziləri köhnə məktəb keçmişdi, öz üzərində çalışmırdı. Bu gün Azərbaycan dünyaya inteqrasiya olunub. Hər kəs öz üzərində ciddi çalışmağa cəhd göstərir. Yeni inkişaf tendensiyası ilə ayaqlaşmağa çalışırlar. Aylarla kitabdan uzaq düşənlərdə oxumağa cəhd göstərirlər. Düşünürəm ki, belə problemlərimiz olmayacaq. Bundan əlavə bizim kadr problemlərimiz yoxdur. Həm ölkəmizdə, həm də xaricdə təhsil almış peşəkar kadrlarımız var.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 232

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...