CƏMİYYƏT
A- A A+

82 il öncə NKVD-nin qərarı ilə kimin ailəsi sürgünə göndərildi?

2019-11-27 10:10:59

.

82 il öncə NKVD-nin qərarı ilə Cümhuriyyətin qurucusu M.Ə. Rəsulzadənin ailəsi Qazaxıstana sürgünə göndərildi. O vaxt 17 yaşlı Azər öz tarını da özüylə bərabər sürgünə apardı. O tar Bakı, Gəncə həbsxanalarından keçib sonu görünməyən ağır yollarda və ömrünün sonunadək bitməyən qürbətdə Azərin həmdəmi oldu. Sonralar, zaman keçdikcə ürəyində dərin şırımlar açan Azərbaycan həsrətini, vətən ağrısını həmin tarla bölüşdü Azər. Tar sovet rejiminin dərbədər saldığı Rəsulzadələr ailəsinin yaşadığı ağrıların tərcümanı oldu. 1993-cü ilin yayında Azər bəy dünyasını dəyişəndə o tarın da sürgün həyatı bitdi. Amma həmin gündən o tar da susdu. Düz 26 il susan tar bu gün sürgünə göndəriləndən 82 il sonra yenidən Bakıda dilləndi.

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyev Azər bəyin qürbətdə dönə-dönə ifa elədiyi, çox sevdiyi "Bayatı-Şiraz"ı həmin tarda səsləndirdi. Rais bəyin atasıyla bağlı xatirələrini də dinlədikcə o qədər təsirli anlar yaşadıq ki...1917-ci ildə alınan o tara yəqin ki, M.Ə.Rəsulzadənin, Maral xanımın, Xalidənin, Lətifənin, Rəsulun da əli dəymişdi. O tarın üstündə onların əlinin izi, ağac yaddaşında onların xatirəsi oyaqdı bəlkə də. Bu gün Ramiz bəyin səsləndirdiyi tarı bəlkə də onlar bir zaman Bakıdakı evlərində, ya Novxanıdakı bağlarında birgə dinləmişdilər nə vaxtsa. O tarı Rəsulzadənin öz övladları üçün aldığına şübhə etmirəm. Bunu gözəl sözlər xatirinə demirəm. Məqalələrinin birində o Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabını 3 yaşlı qızı Lətifə üçün alıb oxuduğundan, balaca Lətifənin bu nağılları necə maraqla dinlədiyindən elə böyük sevgiylə yazıb ki...Bəlkə bu tarı da onlardan hansı üçünsə hədiyyə alıb deyə düşünürəm.

Onu da düşünürəm ki, bu dünyada tarixin bütün gizlinlərinin aşkar olduğu məqamlar var. "Oxuma tar, oxuma tar, səni sevmir proletar", "vətəni yadlara bunlar satacaq!" deyənlər, mühacirətdə belə onsuz da ağır şərtlər altında yaşayan Rəsulzadəni susdurmaq istəyənlər bu dünyadan məğlub getdilər. Amma tar yaşadı, istiqlal sevgisi yaşadı. Böyük öndərimiz M.Ə.Rəsulzadənin qurduğu dövlət yaşadı, ucaltdığı bayraq yaşadı! Əgər ruhlar varsa, M.Ə.Rəsuzladənin bütün doğmaları bu gün Azər bəyin müstəqil Azərbaycanda səslənən tarının səsini duydular. Bu kədər qarışıq duyğularla dolu olan möhtəşəm gün üçün Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Gülnaz xanım Abdullazadəyə, xalq artisti Ramiz Quliyevə, Nuridə xanım İsmayılzadəyə və bütün iştirakçılara təşəkkür etməyi özümə borc bilirəm.

Nəcibə Bağırzadə


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 454

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...