SOSİAL
A- A A+

Hikmət Şikarov: “Azərbaycan gəncliyinin seçimində məhz dövlətçiliyə bağlılıq, milli mənafeyinin qorunması kimi müqəddəs amallar dayanır”

2019-11-26 19:10:21

.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ali məktəbə qəbul imtahanında Pirallahı rayonu üzrə ən yüksək bal toplamış (640 bal) Azərbaycan Tibb Universitetinin tələbəsi olan Mahmudova Nərgiz Gündüz qızını qəbul edib. Görüş zamanı gənc tələbəni təbrik edən Hikmət Şikarov bildirib ki, gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafeyinin qorunması kimi müqəddəs amallar dayanır. Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərin mütləq əksəriyyəti ulu öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Onlar hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər.

Hikmət Şikarov daha sonra qeyd etdi ki, partiyamızın sədri cənab İlham Əliyevin yürütdüyü siyasətin əsasında gənclərə diqqət və qayğı ən başlıca məsələlərdəndir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı olaraq bizdə öz növbəmizdə çalışırıq ki, daima gənclərə diqqət göstərək, onlara geniş imkanların yaradılmasına xüsusi önəm verək. Sizin timsalınızda gənclərə göstərdiyimiz diqqəti ifadə etmək məqsədi ilə tərəfimdən Sərəncam verilmişdir. Sərəncama əsasən Mahmudova Nərgiz Gündüz qızına 2019-2020-ci tədris ili müddətində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən təqaüd veriləcək.

Görüşün sonunda Mahmudova Nərgiz Gündüz qızı və onun ailə üzvü F. Şamilova öz minnətdarlıqlarını bildirərək, ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini tam dəstəklədiklərini, dövlətimizin əvəzsiz lideri olaraq Azərbaycanı daima zirvələrə daşıyacağına inandıqlarını ifadə etmişlər.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 334

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...