QHT və MEDİA
A- A A+

Fərid Şəfiyev: Ankara səfərində faydalı nəticələr əldə olundu

2019-11-25 09:55:45

.

Türkiyənin paytaxtı Ankarada dörd günlük səfərimiz olduqca faydalı və perspektivli şəkildə başa çatdı. Səfər çərçivəsində keçirdiyimiz ikitərəfli görüşlərdə və iştirak etdiyimiz mərasimlərdə məram və məqsədlərimizi, fəaliyyət proqramlarımızı, planlarımızı bölüşmək fürsəti qazandıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankaraya səfər edən nümayəndə heyətimizin rəhbəri, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev ifadə edib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz qədər Türkiyə üçün də böyük bir problem olduğunu, həmçinin Ankara səfərinin faydalı nəticələrlə başa çatdığını vurğulayan mərkəzin sədri deyib: “İştirak etdiyimiz bütün tədbirlərdə və görüşlərdə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən bəhs etmişik. Bu problemlə bağlı Türkiyənin düşüncə mərkəzləri ilə əməkdaşlıq etmək bizim üçün çox vacib və faydalıdır. Eyni zamanda, diqqətə çatdırdıq ki, Türkiyəni əhatə edən coğrafiya ilə bağlı, həmçinin Suriya böhranı məsələsində biz də tərəfimizdən faydalı araşdırmalar təqdim etməyə hazırıq”.

Qeyd edək ki, sözügedən səfər çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyində brifinq keçirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, həmçinin Ankara və Hacı Vəli Bayram Universitetlərində, eləcə də Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzində təşkil olunan tədbirlərdə çıxışları olub. Bundan başqa nümayəndə heyəti bir sıra faydalı ikitərəfli görüşlər keçirib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 269

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...