MÜSAHİBƏ
A- A A+

Tədqiqatçı alim Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən FAKTLARDAN danışdı

2019-11-24 14:50:40

Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən faktlar var

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə Sumqayıt hadisələrinin araşdırıcısı, tarixçi alim Məhərrəm Zülfüqarlı deyib.

Həmin faktların bəzilərini açıqlayan alimin sözlərinə görə, Moskvadakı qüvvələrin göstərişi ilə hadisədən əvvəl Sumqayıt polisinin silahı əlindən alınmışdı. Hadisədən üç gün əvvəl varlı ermənilər banklardakı əmanət pullarını çıxararaq şəhəri tərk etmişdilər:

"Həmin varlı ermənilər belə hadisələrin baş verəcəyincti bilirdilər. Bundan başqa, baş verəcək hadisələri çəkmək üçün Moskvadan erməni mərkəzlərinin göndərdiyi çəkiliş qrupları əvvəlcədən Sumqayıta yerləşdirilmişdi".

M.Zülfüqarlı qeyd edib ki, Sumqayıt hadisələri zamanı ermənilərin qətlə yetirilməsini elə ermənilərin özləri planlaşdırmışdı. Onların məqsədi nifaq yaratmaq, azərbaycanlılarla ermənilər arasında düşmənçiliyi şiddətləndirmək idi:

"Sumqayıtda öldürüləcək ermənilər əvvəlcədən müəyyənləşdirilmişdi, onlar üçün abidə də hazırlanmışdı. O abidə Qarabağ hadisələri baş verən zaman Xankəndidə qoyuldu. Hadisənin təşkilatçısı erməni millətindən olan Eduard Qriqoryan adlı şəxs olub. Sonradan ona cinayət işi qaldırıb Rusiyaya apardılar, amma az müddət həbsdə yatdıqdan sonra onu azad etdilər. Bütün bu faktlar sübut edir ki, hadisələr planlı şəkildə hazırlanmış təxribat idi".

Sumqayıtda baş verənləri ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı təxribatı sayan M.Zülfüqarlı qeyd edib ki, həmin dövrdə bir çox ermənilər azərbaycanlılarla münasibətləri korlamaq istəmirdilər. Təxribatçılar Sumqayıt ermənilərinin bunların ideyasının həyata keçməsinə imkan vermədiyini gördükdə nifaqın yaranmasında maraqlı olmayan erməniləri qətlə yetirməklə öz məqsədlərini həyata keçirməyə çalışdılar. Bununla Azərbaycanda yaşayan erməniləri "fakt" qarşısında qoymağa, düşmənçiliyi alovlandırmağa çalışdılar:

"Hadisə baş verəndə təxribatçıların qətlə yetirdikləri ilk ermənilər məhz düşmənçilik istəməyənlər idi. Təsəvvür edin, binanın birinci mərtəbəsində yaşayan erməni ailəsinə toxunmayaraq, 2-ci və 5-ci mərtəbədəki erməniləri qətlə yetirmişdilər".

M.Zülfüqarlı deyib ki, belə faktların mövcud olmasına baxmayaraq, ermənilər digər hadisələr kimi Sumqayıt hadisələrini də saxtalaşdıraraq dünyaya təqdim edirlər.

Buna qarşı layiqli cavab verilməsi zamanının çoxdan yetdiyini deyən tədqiqatçı əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı Azərbaycan həqiqətlərinin dünyaya doğru təqdim edilməsi üçün əlindən gələni etməlidir:

"Biz artıq bunu açıq deməliyik ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Bütün bunlar isə tamamilə əsassızdır və cəfəngiyyatdır".


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 158

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...