İQTİSADİ
A- A A+

Şuranın dəstəyi ilə Romada ictimai iştirakçılığın Azərbaycan modeli təqdim olunub

2015-04-03 10:25:09

Şuranın dəstəyi, İtaliya Coğrafiya Cəmiyyətinin (İCC) və İtaliya-Azərbaycan Assosiasiyasının (İAA) birgə təşkilatçılığı ilə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində “İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli” mövzusunda konfransda iştirak edib. Şuranın dəstəyi, İtaliya Coğrafiya Cəmiyyətinin (İCC) və İtaliya-Azərbaycan Assosiasiyasının (İAA) birgə təşkilatçılığı ilə keçirilmiş konfransın məqsədi ötən il ölkəmizdə qəbul olunmuş “İctimai iştirakçılıq haqqında” qanunu İtaliya ictimaiyyətinə təqdim etmək, müvafiq sahədə Azərbaycan təcrübəsini bölüşməkdir. İAA-nın sədri xanım Paola Kasaqrandenin moderatorluğu ilə keçirilən konfransda ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, İtaliya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Senator münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin parlamentlərarası dostluq qruplarının rolunun böyük olduğunu bildirib. Senator S. Divina diqqətə çatdırıb ki, İtaliya vətəndaş cəmiyyətinin formalaşdığı tarixi mərkəzlərdən biri olsa da QHT-lərlə hökumət arasında etimad və əməkdaşlıq mühiti lazımi səviyyədə deyil: “İctimai iştirakçılıqla bağlı isə qanunvericiliyimiz mövcud deyil. Bu baxımdan Azərbaycanda QHT-hökumət münasibətləri sahəsində yaradılmış mexanizm təqdirəlayiqdir və biz bunu İtaliyada da tətbiq etməliyik”. İCC-nın fəxri prezidenti, professor Franko Salvatore Qafqaz bölgəsinin önəmli elm və mədəniyyət mərkəzlərindən biri kimi İtaliya üçün hər zaman böyük maraq kəsb etdiyini deyib. F. Salvatore vurğulayıb ki, Aralıq dənizi ölkələrində vətəndaş cəmiyyətinin formalaşmasında və onların ictimai həyatda rolunun artmasında Qafqaz regionunun, xüsusilə Azərbaycanın böyük töhfəsi olub: “Bəşəriyyətin elm və mədəniyyət sahələrində qazandığı uğurlarda Azərbaycanın özünəməxsus yeri var. Qədim tarixə malik olan bu ölkədə “vətəndaş cəmiyyəti” anlayışına xüsusi və öyrənilməyə layiq yanaşma mövcuddur. Azərbaycanda müşahidə olunan iqtisadi və mədəni inkişafı diqqətlə izləyirik. Bu kontekstdə ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməyin vacibliyini anlayırıq. Tarixçilərimiz, tədqiqatçılarımız, mütəxəssislərimiz birgə çalışmaqla əməkdaşlığımızı davamlı tərəqqiyə yönəltmək istiqamətində faydalı işlər görə bilərlər”. İtaliyada vətəndaş cəmiyyətinin səsini eşitdirmək üçün vahid mexanizmin mövcud olmadığını deyən F.Salvatore Azərbaycanın ictimai iştirakçılıq sahəsində əldə etdiyi müsbət təcrübəni və yaratdığı modeli dərindən öyrənməyin və onu İtaliyada tətbiq etməyin faydalı ola biləcəyini vurğulayıb. Konfransda çıxış edən Şura sədri Azay Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlardan, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti sahələrində ölkəmizdə görülən işlərdən, İtaliya ilə əlaqələrdən danışıb. İctimai iştirakçılığın Azərbaycan modeli ilə bağlı məlumat verən Şura sədri hazırda ölkəmizdə 4066 qeyri-kommersiya təşkilatının, 3020 QHT-nin fəaliyyət göstərdiyini qeyd edib. Azay Quliyev bu gün QHT-lərin fəaliyyətindən yararlanan insanların sayının iki milyona yaxın olduğunu bildirib. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayan A. Quliyev ölkəmizdə bu istiqamətdə müsbət nəticələr əldə edildiyini diqqətə çatdırıb. Dövlətlə QHT-lər arasında əlaqələndirici mexanizmin olmasının önəmini vurğulayan Şura sədri rəhbərlik etdiyi qurumun bu zərurətdən yarandığını bildirib. Qeyd edib ki, Şura qht-lərə konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir. 11 Şura üzvünün 8-i QHT nümayəndələrindən, 3-ü isə müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarətdir. Şura indiyədək milli QHT-lərin 3 mindən artıq layihəsini maliyələşdirib: “Ölkəmizdə “İctimai iştirakçılıq haqqında” qanunun qəbulu ilə müvafiq sahədə mühüm irəliləyişlər əldə edilib. Biz açıq şəkildə ictimai iştirakın məqsədlərini müəyyənləşdirmişik. Əsas hədəflərimiz vətəndaşların dövlət idarəçiliyində yaxından iştiraka cəlb olunması, hökumətin fəaliyyətinə ictimai nəzarəti təmin etmək, yerli icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli əlaqələr qurmaqdır. Mühüm məqamlardan biri də hökumətin fəaliyyətində şəffaflığı təmin etməkdir”. Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib, Azərbaycanda ictimai iştirakçılıq təcrübəsi ilə bağlı suallar cavablandırılıb. Xatırladaq ki, səfər Azərbaycan hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən və Şərq-Qərb İdarəetmə İnstitutunun icra etdiyi “Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində həyata keçirilir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1502

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...

2018-08-09 12:00:01

İQTİSADİ
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün müm...