SOSİAL
A- A A+

ABŞ-da daha bir senator “erməni soyqırımı” qətnaməsini blokladı

2019-11-23 11:15:16

.

ABŞ-ın daha bir senatoru qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Senatında noyabrın 21-də qətnaməyə səs verilməsi planlaşdırılırdı. Lakin Corciya ştatından olan respublikaçı senator Devid Perdyu qətnaməyə veto qoyub.

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrema da layihəni bloklamışdı. ABŞ Konstitusiyası istənilən senatora istənilən qətnamə üzrə səsverməni bloklamağa imkan verir.

Xatırladaq ki, ötən ay ABŞ Nümayəndələr Palatası qondarma "soyqırım"la bağlı qətnamə qəbul edib. Həmin sənəd tam təsdiqlənməsi üçün Konqresin hər iki palatasında qəbul edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşündən sonra mətbuat konfransında bildirmişdi ki, Nümayəndələr Palatası tərəfindən bu qətnamənin qəbul edilməsi iki ölkə arasında ikitərəfli münasibətlərə kölgə sala bilər.

L. Qrem Türkiyə Prezidenti ilə görüşdən sonra Senatda qətnamənin qəbul edilməsinin əleyhinə çıxıb və bəyan edib ki, senatorlar tarixi yenidən yazmağa çalışmamalıdırlar.

Qalmaqala səbəb olan sənədin müəllifi ermənipərəst senator Robert Menendezdir.


Kateqoriya : SOSİAL Baxış sayı : 240

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...