SOSİAL
A- A A+

YAP Pirallahı rayon təşkilatının toplantısı keçirilib

2019-11-22 10:40:18

.

20 noyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 28 May NQÇİ ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə 28 May NQÇİ ilk partiya təşkilatının fəalları iştirak etdilər.

Tədbir öncəsi 28 May NQÇİ ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü, 28 May NQÇİ-nin rəisi Zaur Bağırov Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini vurğulayaraq qeyd etdi ki, bir qrup Azərbaycan ziyalısı dövlətçilik maraqlarını və xalqın mənafeyini rəhbər tutaraq o vaxtkı dövrdə xalqı düşdüyü xaosdan və ölkəni parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın müdrik oğlu Heydər Əliyevə yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə müraciət ünvanladılar. Ulu öndərin uzaqgörən siyasəti və rəhbərliyi altında formalaşaraq siyasi həyata qədəm qoyan Yeni Azərbaycan Partiyası yarandığı gündən ictimai birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış edərək xalqın dərin inam və ehtiramını qazanmışdır.

28 May NQÇİ ilk partiya təşkilatının sədri Natiq Osmanov çıxışında qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycan inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib. 28 May NQÇİ ilk partiya təşkilatının fəalları Kamil Hüseynov, Natiq Budaqov, Rauf İmanov, Emin Məmmədov və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin inkişafında rolundan danışdılar.

Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı üzvlərinin Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 395

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...