CƏMİYYƏT
A- A A+

Faşist cəlladı Qaregin Njdenin heykəlinin kölgəsi Gürcüstanda da narahatçılığa səbəb olur

2019-11-21 21:30:38

.

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədri Angelika Zaxarova alman faşistlərinə xidmət etməsinə baxmayaraq Ermənistanın “milli qəhrəmanı” elan olunmuş faşist cəlladı, satqın Qaregin Njdenin İrəvandakı abidəsi ilə bağlı müsahibə vermişdir. O jurnalistlərə verdiyi müsahibədə haqlı olaraq, faşizmin ideologiyasına xidmət edən bu abidənin ciddi narahatlıq doğurduğunu və ona görə də onun götürülməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir.

Qeyd edək ki, sözügedən abidənin açılışı 2016-cı il mayın 28-də baş tutmuşdur. Abidənin açılışı isə faşist cəlladı Njdenin nəvəsi Armen Babayan və İrəvanın sabiq meri Taron Marqaryan tərəfindən həyata keçirilmişdir. Tuncdan hazırlanmış 5,7 metrlik abidə Kentron adlı inzibati rayondakı Anrapetutyan küçəsində yerləşir.

Bundan əlavə İrəvandakı abidə ilə yanaşı 2012-ci ildə Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərindəki erməni kilsəsinin qarşısında faşist cəlladı Njdenin şərəfinə qoyulmuş xatirə lövhəsinin noyabrın 11-dək sökülməsi vəd edilsə də, ermənilər bu vədlərinə əməl etməmişlər. Belə olan halda isə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov məsələni özü fərdi şəkildə həll etmək qərarına gələrək lövhəni qara boya ilə rəngləmişdir. O fikrini bu cür ifadə etmişdir: “Üçüncü reyxlə əməkdaşlıq edərək ölənlərə abidələrin qoyulması, alman faşist işğalçıları ilə vuruşmuş xalqa qarşı təhqirdir. Əgər Qaregin Njde qəhramandırsa, onda ona xatirə lövhələri qoyanlar kimlərdir?”

XX əsrin 20-ci illərinin axırı - 30-cu illərinin isə əvvəllərində faşist cəlladı Qaregin Njde Avropa və ABŞ-ın bir sıra ölkələrində öz məqsədlərini həyata keçirmək üçün “xalq” və “vətənpərvərlik” təşkilatlarını yaratmışdir. Bu baxımdan onun Bolqarıstanda yaratdığı "Tseqakron" (tsexakronizm — erməni millətçi ideologiyasının konsepsiyası) adlı təşkilatı erməni diasporunun gənclərini və ziyalılarını öz ətrafında birləşdirmişdir. Bu təşkilatın məqsədi isə əslində “Böyük Ermənistan” yaratmaq xülyasını reallaşdırmaqdan ibarət olmuşdur. İkinci dünya müharibəsinin başlanğıcında isə sözügedən faşist cəlladı Njde Hitler Almaniyası ilə əməkdaşlıq etməyə başlamışdır.

Hörmətli Prezidentimiz Cənab İlham Əliyev 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçılarının Şurasında belə bir faktı qeyd etmişdir: “Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbs etmişlər. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak etmişdir. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak etmışdir. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu.”

Hörmətli tarixçi alimimiz Musa Qasımlının fikrincə, Yerevanda Qaregin Njdeyə abidə qoyulması bir daha onu göstərir ki, Ermənistanda terrorizm, nasistlərlə əməkdaşlıq etmiş şəxslərin təbliği dövlət siyasətinə çevrilmişdir. “Erməni faşizmi nasizmdən daha qəddardır. Müasir dövrdə nasizm tərəfdarlarının qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir.” – deyə o fkirini qeyd etmişdir. Bütövlükdə nasizm ideologiyasının yayılması bütün dünyada olduğu kimi Cənubi Qafqazda da region xalqlarının - azərbaycanlıların və gürcülərin də ciddi narahatçılığına səbəb olur. Regionda belə bir addımın atılması yeni bir terrorizm dalğasının yayılmasına səbəb ola bilər.

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

İstinadlar:

Angelika Zaxarova: Qaregin Nijdenin Yerevandakı abidəsi sokülməlidir /26.03.2018/ https://report.az/region/angelika-zaxarova-qaregin-nijdenin-yerevandaki-abidesi-sokulmelidir/

В Ереване открыт памятник Гарегину Нжде /29.05.2016/ https://www.aravot-ru.am/2016/05/29/211271/

Российский депутат в Краснодаре закрасил черной краской памятную доску Гарегину Нжде /13.11.2019/ https://www.arm-world.ru/news/novostnik/46385-rossiyskiy-deputat-v-krasnodare-zakrasil-chernoy-kraskoy-pamyatnuyu-dosku-gareginu-nzhde.html

Жители Армавира закрасили памятную доску армянскому нацисту Нжде /13.11.2019/ https://rossaprimavera.ru/news/78b5577d

России непонятна установка памятника Гарегину Нжде в Ереване — Захарова /10.06.2016/ https://eadaily.com/ru/news/2016/06/10/rossii-neponyatna-ustanovka-pamyatnika-gareginu-nzhde-v-erevane-zaharova

Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib /11.10.2019/ https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Asqabadda_MDB_Dovlet_Baschilari_Surasinin_mehdud_terkibde_iclasinda_istirak_edib_YENILANIB_2_VIDEO-1341121

İlham Əliyev ikinci dəfə Paşinyana tərs şillə vurdu – ŞƏRH /11.10.2019/ https://oxu.az/politics/336824


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 568

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...