CƏMİYYƏT
A- A A+

Sərt qayalar üzərində inşa edilmiş Diri baba türbəsi

2019-11-19 09:25:12

.

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa edilib. Sərt qayaların üzərində, ovulmuş mağaranın önündə ucaldılan Diri baba türbəsinin ön, sağ və sol divarları açıq havada olsa da, arxa tərəfi qayaların arasında yerləşir. Birinci və ikinci mərtəbələr, həmçinin ikinci mərtəbə ilə günbəz arasında daş pilləkən yerləşir. Qayanın içərisində yonulub tikildiyinə görə türbənin yalnız cənub istiqamətinə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı, fərqli detallar da mövcuddur.

Abidənin bələdçisi Nəsib Babaşov AZƏRTAC-a tikili barədə məlumat verərək bildirib ki, Diri baba türbəsi 1402-ci ildə Qobustanın Şimal-Şərqində, Şirvanşahlar dövlətinin 34-cü hökmdarı Şirvanşah Şeyx İbrahim tərəfindən inşa olunub. İkimərtəbəli türbənin hündürlüyü təxminən 7 metrdir. Orijinal memarlığı, tikinti kompozisiyasının təkraredilməzliyi və qayalıqda ucaldılmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.

Tarixçi Çingiz Babaşov isə burada aparılan tədqiqatlardan danışaraq deyib ki, türbənin içərisində olan qəbirin Məhəmməd Peyğəmbərin əmisi Əbul Əhəbin nəvəsi Hatəm İbn Əmrə aid olmasına dair müxtəlif fikirlər var. Bununla bərabər, bəzi araşdırmalara görə bu türbədə Şirvanşah Şeyx İbrahimin azançısı Pir Məhəmməd dəfn edilib. Rəvayətlərə görə, Pir Məhəmməd öldükdən sonra bədəni 300 il çürüməyib, bu səbəbdən abidə Diri baba türbəsi adlandırılıb.

Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba türbəsi bir çox səyyahların diqqətini özünə cəlb edib. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı Kornelius Devrin və digər səyyahlar yol qeydlərində bu abidə haqqında məlumatlar yazaraq, türbənin şəkillərini də çəkiblər.

Bir çox yerli və xarici turistlərin yaddaşında tarixi abidə kimi qalan Diri baba türbəsi inanclı insanlar üçün müqəddəs məkana çevrilib. Hər il minlərlə xarici və yerli qonağın ziyarət etdiyi bu abidə dövlət tərəfindən qorunur.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 212

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...