İQTİSADİ
A- A A+

2019-cu ilin 9 ayı ərzində avtomobil yollarında hansı işlər görülüb?

2019-11-18 18:35:15

Fact-info.az saytının suallarını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri baş idarəsinin rəisi Əflatun Qasımov cavablandırıb:

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə aparılmasını təmin etmək məqsədilə bu gün hansı addımlar atır?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu il yanvar ayının 11-də keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, möhtərəm cənab Prezidentin yekun nitqində yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıq qoymuşdur. Bu tapşırığın icrası olaraq, bildirirəm ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu ilin 9 ayı ərzində 903,5 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Qeyd etmək istərdik ki, respublika əhəmiyyətli 105,8 km, yerli əhəmiyyətli 554,9 km, Bakı şəhərində isə 242,8 km, yol çəkilmişdir. Həmçinin 2019-cu ilin 9 ayı ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 10 yeni körpü tikilmiş, 12 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilmiş, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılmşıdır. Möhtərəm cənab Prezident İlham Əliyev 2019-cu ilin 9 ayı ərzində 4 dəfə avtomobil yolu və yol qurğularının açılış mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.

-Bakı şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı hansı layihələriniz var? Həmin layihələr paytaxtımızı ətraf kənd və qəsəbələrlə birləşdirən yolların yenidən qurulmasnı əhatə edirmi?

-Ümumilikdə 2019-cu ilin 9 ayı ərzində cənab Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq 32 layihə, o cümlədən 4 respublika əhəmiyyətli, 23 kəndlərarası, 5 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatmışdır. 2019-cu ilin 9 ayı ərzində Bakı şəhərində ümumi uzunluğu 242,8 km kilometr olan şəhər yolları yenidən qurulmuş və təmir olunmuşdur. Bunlardan cənab Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq yenidən qurulan aşağıdakı layihələr başa çatmışdır. Sabunçu rayonunda Zabrat-Maştağa yolu - “Savalan” yaşayış massivi (3,4 km), Sabunçu rayonu Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu ( 5,1 km); çəkilmişdir. Həmçinin Suraxanı rayonunda Hövsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən avtomobil yolu ( 6,6 km), Nərimanov rayonunda yenidən qurulan, uzunluğu 6,0 km olan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yollar, Pirallahı rayonunda, uzunluğu 3,5 km olan Qala-Pirallahı yolu-Gürgən qəsəbəsi və Qala-Pirallahı yolu-“Qoşa Qışlaq” yaşayış massivi avtomobil yolları istifadəyə verilmişdir. Bundan əlavə Bakı şəhərinin rayonlarında təmirə ehtiyacı olan 185,6 km uzunluğunda küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilmişdir.

-Beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına yerinə yetirilən layihələr haqqında hansı məlumatları verə bilərsiniz?

- 2019-cu 9 ayı ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı), R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilmişdir. Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi nəzərdə tutulur. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Bundan əlavə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası nəzərdə tutulmuşdur. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Ucar-Zərdab-Ağcabədi avtomobil yolu yenidən qurulması haqqında onu deyə bilərik ki, layihə Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki dairəsi hissəsinin yenidənqurulması layihəsi Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

-Respublika əhəmiyyətli avtomobil yolları bəzən istifadəyə verildikdən sonra ciddi problemlərin şahidi oluruq. Ağır tonlu yük maşınlarının hərəkətindən, avtomobil qəzalarından və digər səbəblərdən yeni çəkilmiş yollarda zədələnmələr görürük. Belə problemlərlə üzləşməmək üçün gələcəkdə hansı tədbirlər görüləcək?

-Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır. 2019-cu ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 1619 yol nişanları, 10 420 siqnal dirəkləri, 14 304 pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 389,1 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir. 2019-cu ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 413 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində 6377 pm əyrixətli tirlər, 117 pm mühafizə çəpərləri, 11 işıq dirəyi, 10,5 m2 informatik lövhə yararsız hala düşmüşdür. Ümumilikdə yol təsərrüfatına 499 367,42 manat məbləğində maddi ziyan dəymiş, bundan 303 447,76 manatı (60,8 %), ödənilmişdir. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 350 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 7 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 49 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.

Toğrul

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1151

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...