MƏDƏNİ
A- A A+

Xarici madia Azərbaycan mədəniyyətindən yazıb

2019-11-18 08:50:52

.

Özbəkistanın uchildiz.uz portalında Azərbaycan sazı haqqında rus dilində geniş məqalə yer alıb.

AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilən materialda aşıq sənəti və saz haqqında ətraflı məlumat verilir. Bildirilir ki, saz Azərbaycan xalqının ən sevimli musiqi alətlərindən biridir.

Məqalədə deyilir ki, ta qədimdən aşıqlar qoşma, gözəlləmə, müxəmməs, divani, təcnis və digər xalq yaradıcılığı janrları üstündə aşıq mahnıları ifa edib və bu oxumalar xalq arasında rəğbətlə qarşılanıb. Qeyd olunur ki, bundan başqa aşıqlar dastan yaradıcılığı və dastan söyləməklə də məşhurdurlar. Aşıq sənəti muğamla birgə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin əsasını təşkil edir. Saz isə bütün türk xalqının ruhuna hopan və simvoluna çevrilən ən qədim musiqi alətlərindən biridir. Vurğulanır ki, adlarında fərqlər olsa da, Azərbaycandan başqa İran, Əfqanıstan, Türkiyə, Suriya, Balkan ölkələrində sazdan geniş istifadə olunur.

Məqalədə bildirilir ki, Azərbaycanın klassik şairlərinin əsərlərində də saz alətinin adı çəkilir. Böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqaninin əsərlərində sazın adı hörmətlə anılır.

Yazıda vurğulanır ki, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Səid Rüstəmov, Aqşin Əlizadə, Rəşid Şəfəq və digərləri aşıq musiqisindən istifadə edərək əsərlər yaradıblar.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 307

QHT və MEDİA

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...