QHT və MEDİA
A- A A+

Şuranın dəstəyi ilə yaradılan grant.az saytının təqdimatı keçirilib

2019-11-14 18:30:59

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi sahəsində vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması üzrə təşəbbüslər” layihəsinin yekun tədbiri keçirilib

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas məqsədi Açıq hökumətin təşviqi sahəsində VCT –lərin rolunun gücləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində grant.az saytı yaradılıb. Məqsəd dövlət qurumlarının keçirdiyi qrant müsabiqələri haqqında vahid informasiya şəbəkəsinin yaradılmasıdır. Layihə müddətində keçirilən qrant müsabiqələri haqqında məlumatlar, QHT sektoruna aid vakansiya və elanlar saytda yayımlanıb. Eyni zamanda layihə dövründə dövlət qurumları tərəfindən QHT-lər üçün nəzərdə tutulan Qrant müsabiqələrinin keçirilməsi üçün Milli Standartlar hazırlanmışdır. Bu qaydalar təkminləşdirilərək dövlət qurumlarına təqdim ediləcək –deyə Cəsarət Hüseynzadə bildirb.

Layihə rəhbəri əlavə edib ki, eyni zamanda Açıq hökumətin təşviqi və İctimai Şuraların fəaliyyətinin təşviq olunması ilə bağlı 5 reportaj hazırlanaraq QHT TV-də yayımlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov çıxışında bildirib ki, Şura tərəfindən QHT-lərin qrant müsabiqələrində asan və maneəsiz iştirakı üçün SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi) xidməti yaradılıb və bu sistem yerli və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri təmsil etdikləri qurumların hər zaman vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığa önəm verdiklərini vurğulayıblar. Tədbirdə çıxış edən QHT rəhbərləri İrada Rizazadə, Mehriban Abdullayeva, Səməd Vəkilov, Telman İsa, Dünyaxanım Əliyeva, Gülnarə Hüseynova, İradə Polad, Gülayə Səfərova, Niyaməddin Orduxanlı, Səbinə Kərimova, Ziba Nəbiyeva, Sərraf Orucov və digərləri həyata keçirilən layihən önəmindən danışblar və təkliflərlə çıxış ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 265

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...