CƏMİYYƏT
A- A A+

Daşkənddə rus tarixçinin “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqətlər” kitabı çapdan çıxıb

2019-11-14 10:20:06

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi çərçivəsində tanınmış rus tarixçisi, tarix elmləri namizədi Oleq Kuznetsovun “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqətlər” kitabı Daşkənddə özbək dilində çap olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi çərçivəsində tanınmış rus tarixçisi, tarix elmləri namizədi Oleq Kuznetsovun “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqətlər” kitabı Daşkənddə özbək dilində çap olunub.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitabı özbək dilinə alim Babaxan Şərif tərcümə edib.

Nəşrdə münaqişənin tarixi, onun yaranma səbəbləri, azərbaycanlılara qarşı həyata keçirilən təcavüzkar siyasət, rus alimi Stanislav Tarasov tərəfindən tarixin saxtalaşdırılması və münaqişənin əsl səbəbinin təhrif edilməsi ilə bağlı şərhlər öz əksini tapıb.

Qeyd edək ki, Stanislav Tarasovun Rusiyanın “Minuvşeye” nəşriyyatında çap edilən “Qarabağ münaqişəsinin mifləri” kitabına daxil olan məqalələrin obyektivliyi əks etdirməməsi, kitabdakı esselərdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda sovet hakimiyyətinin qurulduğu illərdən indiki dövrədək məlum olan bir çox tarixi hadisələrin və faktların saxtalaşdırılması səbəbindən Oleq Kuznetsov bu mövzuya yenidən müraciət etməli olub.

Oleq Kuznetsov konkret tarixi faktlar və arxiv sənədləri əsasında S.Tarasovun kitabındakı uydurmaları ortaya qoyur, tarixin təhrif olunduğunu əyani şəkildə sübut edir.

Kitab əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında deyil, rus tarixşünaslığının bir sıra təmsilçilərinin mənəvi düşkünlüyündən, siyasi konyuktura, öz şəxsi maddi maraqları naminə rus tarixşünaslığını zərbə altına qoyanlardan bəhs edən hüquqi tarixi əsərdir.

Xatırladaq ki, Oleq Kuznetsov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ermənilərin saxta tarixi haqqında bir sıra kitabların, monoqrafiyaların, elmi araşdırmaların müəllifidir.

Azərbaycan Mədəniyyət Mərkəzi kitabın Özbəkistanın kitabxanalarına, elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsini nəzərdə tutur.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 488

QHT və MEDİA

2020-05-30 16:00:05

QHT və MEDİA
Azay Quliyev: “Ermənistanın Şuşa təxrib...
Azay Quliyev: “Ermənistanın Şuşa təxrib...

Onlayn tədbir çərçivəsində COVID-19 pandemiyası dönəmində çoxtərəfli diplom...

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...