QHT və MEDİA
A- A A+

YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

2019-11-14 09:45:39

.

Dekabrın 23-də bələdiyyələrə keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası yüksək səviyyədə hazırlaşır. Hazırda isə seçki kampaniyası çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsi başa çatmaq üzrədir. YAP-ın yerli strukturları bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Pirallahı rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir. YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin 11 nəfər üzvü var ki, onlar mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun sözlərinə görə namizədlərin qeydə alınması üçün noyabrın 5-dən başlanmış imza toplanılması prosesi uğurla başa çatmışdır. Bu prosesi 13 nəfər partiya fəalı həyata keçirib. Hər bir irəli sürülən namizədin qeydə alınması üçün minimum 150 seçici imzası tələb olunur. Çox xoşdur ki, vətəndaşlar heç bir tərəddüd etmədən, böyük həvəslə YAP-ın namizədləri üçün imzatoplamada iştirak etdilər. Bu da partiyamızın xalq arasında yüksək nüfuzunun bariz göstəricisidir.

YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin verdiyi məlumata əsasən artıq məntəqə seşki komissiyalarının seçkilərə hazırlıq vəziyyətləri araşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 412

QHT və MEDİA

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...