İQTİSADİ
A- A A+

Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

2019-11-13 10:20:32

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialının təqdimatı keçirilib.

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın Vyanadakı səfirliyi və Avstriya Parlamenti Turizm Komitəsinin təşkilatçılıq etdiyi tədbirə həmçinin Avstriyanın müxtəlif nazirliklərinin və turizm şirkətlərinin nümayəndələri də qatılıblar. Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən təqdimatlar keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak ediblər.

Mərkəzin rəhbəri Leyla Qasımova Azərbaycan və Avstriya arasındakı mədəni əlaqələrdən danışaraq mərkəzin bu əlaqələrin güclənməsinə öz töhfəsini verdiyini qeyd edib. Azərbaycanın turizm potensialı haqda geniş məlumat verən Florian Zenqstşmid isə Avropa bazarının, eləcə də Avstriyanın Azərbaycan üçün turistik önəmindən danışaraq iki ölkə arasında bu sahədə əlaqələrin daha güclənəcəyinə ümid etdiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib. Avstriyanı təmsil edən nazirlik nümayəndələri isə çıxışlarında qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlı olduqlarını vurğulayıblar.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən avstriyalı turistlərin sayı 2988 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 17.6 % artım deməkdir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 383

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...