SOSİAL
A- A A+

“Azərxalça”nın Xocalı filialı Qarabağ bölgəsində və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yaradılan beşinci emalatxana olacaq

2019-11-12 10:35:44

.

Xəbər verdiyimiz kimi, noyabrın 5-də Prezident İlham Əliyev Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.14-cü yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qısa müddətdə Sərəncamın icrası istiqamətində tədbirlər görülüb, lazımi texniki sənədlər hazırlanıb. Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində xocalılı toxucularla görüş keçirilib, “Azərxalça”nın Xocalı filialının tikiləcəyi əraziyə baxış olub.

Tədbiri Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev açıb.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov çıxış edərək “Azərxalça”nın Xocalı filialının yaradılmasının əhəmiyyətindən, Goranboy rayonu ərazisində, eləcə də respublikanın müxtəlif bölgələrində məskunlaşan Xocalı sakinlərinin sosial problemlərinin həlli, rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublika ərazisində 21 filialı fəaliyyət göstərir. Filiallar yaradılarkən, ilk növbədə, daha çox tarixi ənənələrə malik xalçaçılıq məntəqələrinə, peşəkar toxucusu çox olan rayonlara üstünlük verilib. Dövlətimizin başçısı “Azərxalça”nın Qəbələ filialının açılış mərasimində bir daha bildirib ki, ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Ölkə rəhbərinin müvafiq Sərəncamına uyğun olaraq, 2020-ci ildə “Azərxalça”nın Xocalı filialı yaradılacaq.

Vidadi Muradov deyib ki, tarixi xalçaçılıq mərkəzi olan Qarabağda belə fabriklərin yaradılması davam etdirilir. Bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. Qarabağın tarixi xalçaçılıq məntəqələrindən biri də Xocalıdır. Xocalının Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən yaşayış məntəqələrində orijinal Qarabağ xalçaları toxunub. Erməni vandalları Xocalıda XX əsrin ən dəhşətli soyqırımını törədib, bu qədim şəhəri tamamilə dağıdıblar. Ermənilərin Xocalıya təcavüzü zamanı qədim tariximizdən xəbər verən xalçalarımız da məhv edilib. Bu filialın yaradılması Xocalı xalçalarına ikinci həyat verəcək.

Xocalıdan olan məcburi köçkün, toxucu Bəsti Quliyeva onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. O, əmin olduğunu bildirib ki, tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq, Xocalıda belə xalça fabrikləri yaradılacaq.

Sonra filial binasının tikiləcəyi əraziyə baxış olub, qısa müddətdə tikintiyə başlanılması qərara alınıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 255

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...