SİYASƏT
A- A A+

Stokholmda “Dəyişən regionda Azərbaycan” adlı konfrans keçirilib

2015-10-29 09:15:35

Stokholmda Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə “Dəyişən regionda Azərbaycan” adlı konfrans keçirilib

Konfransda KİV nümayəndələri, habelə Stokholmda fəaliyyət göstərən “Foreign Press Assosiation” (FPA) təşkilatının üzvləri iştirak ediblər. FPA təşkilatı dünyanın 60-dan artıq xəbər agentliyinin 100-dən çox jurnalistini birləşdirir.

Tədbirdə Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru, alim Svante Kornel və tanınmış israilli ekspert Arye Qut məruzə ilə çıxış ediblər.

Konfransın keçirilməsində məqsəd xarici media nümayəndələrini Azərbaycanın müstəqillik illərində qət etdiyi yol, qazandığı uğurlar və qarşılaşdığı problemlərlə bağlı məlumatlandırmaq olub.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov konfransda ölkəmizin müstəqillik tarixindən danışıb və regionun siyasətində oynadığı rol haqqında məlumat verib. O deyib ki, 24 il əvvəl müstəqilliyini bərpa edən Azərbaycan bu zaman kəsiyi ərzində demokratik cəmiyyətin formalaşdırılması, hüquqi dövlətin qurulması və güclü iqtisadi siyasətin həyata keçirilməsində bir çox dünya ölkələrinin 100 il ərzində keçdiyi yolu qısa bir müddətdə uğurla qət edib.

Ölkəmizin demokratiya ənənələrindən söz açan səfir bildirib ki, şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub, Avropada qadınların seçki hüququ olmadığı halda Azərbaycanda qadınlara bu hüquq verilib.

Diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Azərbaycanın Avropa ölkələri ilə bərabərhüquqlu əlaqələr qurmaq istədiyini vurğulayan A.Məmmədov Avropa tərəfindən Azərbaycana qarşı münasibətdə ikili standartlar siyasətinin tətbiq olunduğunu təəssüflə bildirib. O, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsini və Ermənistana qarşı heç bir cəza tədbirinin görülməməsini Aİ-nin beynəlxalq hüquqa münasibətdə hörmətsizliyinin nümunəsi olduğunu qeyd edib.

Tanınmış isveçli alim Svante Kornel deyib ki, Azərbaycanın tarixini və bu gününü tam bilmək üçün ölkənin yerləşdiyi mürəkkəb regionu bütövlükdə nəzərdən keçirmək lazımdır.

O, Azərbaycanın bir çox mənada Avropa ölkələri üçün açar rolunu oynadığını, lakin yerləşdiyi coğrafi məkanda çoxlu münaqişələrin baş verdiyini və böyük maraqların toqquşduğunu qeyd edib. Bütün bunlara baxmayaraq, ölkəmizin tarixi köklərə söykənən tolerantlıq ənənələrinin olduğunu bildirən alim bu sahədə Azərbaycan hakimiyyətinin böyük iş gördüyünü qeyd edib.

Azərbaycanın bir çox məsələlərdə nadir olduğunu qeyd edən Svante Kornelin fikrincə, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanın Avropa Şurası, ATƏT və Avropa İttifaqı kimi Qərb institutları ilə əməkdaşlığı olduqca maraqlıdır. Bütün bunlara baxmayaraq bu gün Qərbin Azərbaycanla ikitərəfli əlaqələrə lazımı diqqət göstərmədiyini qeyd edən S.Kornel bunun böyük səhv olduğunu bildirib. İsveçli alim deyib: “Biz görürük ki, Dağlıq Qarabağ münaqişəsinə oxşar münaqişələrlə bağlı Qərb ölkələri daha ciddi addımlar atırlar, lakin Azərbaycan torpaqlarının 20 faizinin 20 ildən çoxdur ki, işğal altında olmasına kifayət qədər diqqət yetirilmir. Belə olduqda, azərbaycanlılar çox asanlıqla bu münasibətin ikili standart olduğunu sübut edə bilər”.

Sonra beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut ölkəmizlə bağlı maraqlı sənədli təqdimatla çıxış edib.

Azərbaycanda əhalinin əksəriyyətini müsəlmanların təşkil etdiyini deyən ekspert buna baxmayaraq ölkəmizdə həm də müxtəlif dinlərə etiqad edənlərin və çoxlu sayda etnik qrupların nümayəndələrinin yaşadığını bildirib. O vurğulayıb ki, qədim vaxtlardan, İpək Yolu dövründən bu günə qədər Azərbaycanda milli azlıqlara hörmət və tolerantlıq ölkənin inkişafının əsası olub.

İsrailli ekspert qeyd edib ki, Azərbaycan hökuməti bu ənənələri daha da inkişaf etdirmək üçün son illər sistematik iş aparır. Buraya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsini, müxtəlif forum və konfransların keçirilməsini daxil etmək olar.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini xatırladan ekspert bununla beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu vurğulayıb və dünya ictimaiyyətinin bu məsələyə diqqətinin artırılmasının vacib olduğunu qeyd edib.

Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı siyasəti barədə danışan Arye Qut deyib: “Xocalıda ağlasığmaz vəhşilik və barbarlıqla törədilmiş soyqırımı XX əsrin sonlarında ən dəhşətli faciələrdən biri olub. Tarixi fakt budur ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmayan səhər sakinlərindən faktiki olaraq heç birinə rəhm etməyib. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində qocalar, uşaqlar, qadınlar daxil olmaqla 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülərək misli görünməmiş əziyyətlərə və işgəncələrə məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bütün bu insanların azərbaycanlı olması idi.

Tədbirin sonunda S.Kornelin ingilis dilində çap olunmuş “Azərbaycan müstəqillikdən bəri” adlı kitabı, səfirlik tərəfindən hazırlanmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı buklet və disklər, Azərbaycanın sosial-iqtisadi inkişafına dair materiallar jurnalistlərə təqdim edilib.(AZƏRTAC)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 951

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...