MƏDƏNİ
A- A A+

"Qobustan" sənət toplusu

2015-04-03 09:45:06

"Qobustan" sənət toplusunun bu yaxınlarda nəşr olunan yaz buraxılışında maraqlı materiallar yer alıb

"Qobustan" sənət toplusunun bu yaxınlarda nəşr olunan yaz buraxılışında maraqlı materiallar yer alıb. Dərgi "Nəsirəddin Tusi- Əlamut giriftarı" yazısı ilə açılır. Toplunun "Sarı sim" rubrikasında Xalq yazıçısı Anarın "Muğam ölməzliyi", Məmmədağa Umudovun "Mənim üçün ideal-xalq musiqimizdir" və Qəmər Almaszadənin 100 illiyi münasibətilə Narıngülün "Bizim balet təqvimimiz Qəməridir..." yazıları öz əksini tapıb. Dərginin "El-oba" bölümündə Şəfəq Hacıyevanın "Balakəndə tambur nəğmələri", Sehranə Kasıminin "Balakəndə hayla havası", Əzizə Cəfərzadənin "Axır ki Aşıq Sənəmi gördüm...", Tahirə Sultanın "Tamburun teli incə", Nərgiz Saleh "Naxışkarlıq-mənim uşaq sevincim..." yazıları dərc olunub. "Qonaq odası"nda Şahin Fazilin 75, İntiqam Mehdizadənin 70 illik yubileyi münasibətilə məqalələr işıq üzü görüb. "Türk ədəbiyyatı" dərgisindən imzalar" rubrikasında Belqıs İbrahimhaqqıoğlunun və Camal Aydının yazıları verilib. Zəkiyə Nuriyevanın "Qarşı yatan uca dağlar", Ziyadxan Əliyevin "Belarusda şərq motivləri", Nəsibə Şükürovanın "Hər əsər bir xatirə", Nübar Məmmədovanın "Azərbaycan -Fransa: mədəni əlaqələr tarixindən" yazıları toplunun "Dünyanı bəzəyənlər" bölümündə yerləşdirilib. "Pərdə arxası" və "Xatirə çiçəyi" rubrikalarında Esmira Nəzərli, Aynurə Mustafayeva, Elvira Araslı və başqalarının məqalələri işıq üzü görüb. Firuz Mustafanın "Fotoqraf" monopyesi də "Qobustan"ın yaz buraxılışında oxucuların ixtiyarına verilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1776

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...