SOSİAL
A- A A+

9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirildi

2019-11-08 16:40:52

.

7 noyabr 2019-cu il tarixdə Bakının Binəqədi və Pirallahı Rayon İcra Hakimiyyətlərinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Pirallahı rayonunu Abşeron yarımadası ilə birləşdirən körpü üzərində izdihamlı yürüş keçirildi.

Yürüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, rayon təşkilatlarının əməkdaşları, gənc fəalları və məktəblilər iştirak etdilər.

Yürüş zamanı iştirakçılar əllərində ümummilli lider Heydər Əliyevin rəsmi, uzunluğu 15, eni 7 metr və digər ölçülərdə olan dövlət bayraqları ilə müxtəlif şüarlar səsləndirərək dövlət bayrağımıza sevgi və ehtiramlarını bildirdilər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət başçısının məlum sərəncamı dövlət atributlarımızdan olan bayrağımıza dərin məhəbbətin və hörmətin bariz nümunəsi, cəmiyyətimizdə və dünyada yüksək təbliğatına əsaslı zəmindir.

İnanırıq ki, bu gün çiçəklənən ölkəmizdə qürurla dalğalanan üçrəngli bayrağımız dövlət başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi, əzəli torpağımız olan Qarabağda dalğalanacaq.


Kateqoriya : SOSİAL Baxış sayı : 149

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...