SİYASƏT
A- A A+

Türkiyə XİN: “Qondarma Erməni soyqırımı” məsələsində Yunanıstanı məsuliyyətli davranmağa dəvət edirik”

2019-11-08 15:20:22

.

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Ermənistana səfəri çərçivəsində 1915-ci il hadisələrilə bağlı açıqlamalarına mövqe bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN-in sözçüsü Hami Aksoy deyib ki, Yunanıstan Türkiyəyə qərəzli münasibətdə olan ölkələrə dəstək verməkdə davam edir.

O bildirib ki, amma rəsmi Ankara Yunanıstanın türklərə və digər Osmanlı vətəndaşlarına tarixdə etdiyi qəddarlıqları unutmayıb: “Yunanıstanın sistematik olaraq Osmanlı İmperiyasının müstəqillik dövründə və sonrakı dönəmlərdə türkləri və müsaəlmanları necə məhv etməsi tarixi faktlarda yer alıb. Tarixdəki bu qanlı faktlardan qisasçılıq üçün deyil, ibrət üçün dərs almaq inamında olan Türkiyə bu tarixi gerçəkliklərin əlbəttə fərqindədir. Ölkəmiz əleyhinə olan fəaliyyətləri dəstəkləməyin Yunanıstana heç bir fayda gətirməyəcəyini xatırlatmaq məcburiyyətindəyik”.

Türk diplomat əlavə edib ki, Yunanıstan tərəf iki ökə arasındaki əməkdaşlığa xələl gətirəcək qondarma “erməni soyqırımı” məsələsini dəstəkləməsinin məsuliyyətini dərk etməlidir: “Biz bölgəmizdə sülh, sabitlik və rifah istəyirik və Yunanıstanı bundabn sonra daha məsuliyyətli davranmağa dəvət edirik. Digər tərəfdən, 1915-ci olayları mövzusunda Türkiyənin mövqeyi hörmətli prezidentimizin hələ Baş Nazir olduğu dövrdə, 2014-ci il aprelin 23-də etdiyi açıqlamada konkret olaraq ortaya qoyulub. Başqa bir izahata ehtiyac duymuruq”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 281

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...